İran yenidən Zəngəzur məsələsinə qayıtdı – Xameneyidən mesaj

 

Ermənistanla Azərbaycan arasında sərhədlər müəyyənləşir, dəhlizlə bağlı da danışıqlar davam edir və İran bu prosesə qarışa bilmir.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

“İranın dini lideri Əli Xameneyinin mərhum prezident İbrahim Rəisinin vida mərasimində iştirak etmək üçün Tehranda olan Ermənistan baş naziri Nikol Paşinyanla görüşü zamanı söylədiyi bəzi fikirlərin alt qatı var. Xameneyi bildirib ki, mərhum prezidentin Ermənistanın sərhəd problemlərinə böyük həssaslığı vardı. O, bu həssaslıq və diqqətin bundan sonra da nəzərə alınacağını söyləyib.

Ermənistanın sərhədində hansı problemləri var?! Böyük ehtimalla dini lider bunu dedikdə ya Azərbaycanın Ermənistanla şərti sərhəddə strateji yüksəklərə nəzarət etməsi, ya da Zəngəzur dəhlizini nəzərdə tutub. Xameneyi Paşinyanı arxayın etmək istəyib ki, İranın gələcək prezidenti də məhrum Rəisi kimi Ermənistanın “sərhəd probleminə həssas yanaşacaq”. İranın bu “həssaslığının” heç bir əhəmiyyəti yoxdur, Ermənistanla Azərbaycan arasında sərhədlər müəyyənləşir, dəhlizlə bağlı da danışıqlar davam edir və Tehran bu prosesə qarışa bilmir”, – ekspert qeyd edib.

Elxan Şahinoğlu İranın dini liderinin başqa bir açıqlamasına da diqqət çəkib:

Xameneyinin “İran və Ermənistan arasında münasibətlərin əleyhdarları var, ona görə də hər iki ölkə ilə bağlı məsələlər böyük diqqətlə həll olunmalıdır” cümləsi isə elə Paşinyanın özünə mesajdır. Xameneyi “münasibətlərin əleydarları var” dedikdə birinci növbədə ABŞ-ni nəzərdə tutub. Ermənistan baş naziri İranla münasibətləri inkişaf etdirməklə yanaşı, Tehranın “Böyük Şeytan” adlandırdığı həmin Amerika ilə siyasi-hərbi mövzularda dialoqu genişləndirib. Bu siyasət Tehran və Qumun xoşuna gəlmir. Ona görə də Xameneyi “aramızdakı məsələlər diqqətlə həll olunmalıdır” ifadəsi ilə Ermənistan baş nazirini xəbərdar edib.

Paşinyan bir tərəfdən öz ölkəsində qarışıqlıq yaratmaq istəyən rayon səviyyəli din xadimi (Baqrat Qalstanyan) ilə mübarizə aparır, o biri tərəfdən də getdiyi ölkədə bir başqa din xadimi onun başına ağıl qoymağa çalışır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password