Ələt İqtisadi Zonasının rəhbəri: “Xarici şirkətlərin azad zonanı idarəetməsi uğurlu təcrübə deyil”

 

Hər hansı xarici şirkətin azad zonanın maliyyələşdirilməsini öhdəliyinə götürüb, idarəetmə qurumunun funksiyasını yerinə yetirməsi uğurlu təcrübə deyil.

Bunu müsahibəsində Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

O bildirib ki, belə təcrübə var və bunu etmək mümkündür: “Lakin əminliklə deyə bilərəm ki, bu təcrübənin nəticəsi uğurlu deyil. Uğurla fəaliyyət göstərən azad iqtisadi zonalara nəzər yetirdikdə görünür ki, İrlandiyada, Sinqapurda, Çində və digər ölkələrdəki zonaların hər biri dövlət sərmayəsi əsasında qurulub. Bunun başlıca səbəbi ondan ibarətdir ki, özəl şirkətlər üçün azad iqtisadi zonaya yatırım qoymaq və ya hazır infrastruktur yaratmaq kimi risklər götürmək çətindir. Belə ki, çox zaman həyata keçirilən layihələrin səmərəli olacağına dair idarəedici şirkət tərəfindən investordan zəmanət tələb edilir. Bu isə investor qarşısında yeni öhdəliklər yaradır və beləliklə, öhdəliyi olan investorun kredit almaq qabiliyyəti, habelə qiymətli kağızlarının dəyəri azalır”.

V. Ələsgərov qeyd edib ki, digər tərəfdən azad zonanı idarə edəcək özəl şirkət lazımi öhdəlikləri zamanında yerinə yetirilmədikdə məhkəməyə müraciət edilməli olur və bu, həm investor, həm də özəl şirkət üçün əlavə vaxt itkisi, problemlər törədir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password