Azərbaycanda İslam maliyyə alətlərinin buraxılışına hazırlıq gedir

 

İslam İnkişaf Bankı (IDB) kiçik və orta biznesin maliyyələşdirilməsi məqsədilə Azərbaycan bankları ilə yerli valyutada istiqrazların buraxılışında maraqlıdır.

Bu barədə Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslana Xəlilova istinadən xəbər verir.

“Hazırda IDB ilə yerli qanunvericiliyə uyğun olaraq “sukuk”un (istiqrazların islam ekvivalenti – şəriət hüququ prinsiplərini müasir maliyyə alətləri ilə birləşdirən xüsusi maliyyələşdirmə forması) gətirilməsi ilə bağlı bəzi məsləhətləşmələr aparılır. Oxşar alət bu yaxınlarda Qazaxıstan və Özbəkistanda da tətbiq olunub. “Sukuk”un çox əlverişli qanunvericilik çərçivəsi var, ölkədə onun formalaşması hazırda davam edir və Azərbaycanda tətbiqi istər IDB, istərsə də digər maliyyə institutları tərəfindən İslam istiqrazlarının buraxılışını sadələşdirəcək”, – o bildirib.

Onun sözlərinə görə, “sukuk” hibrid alət olaraq səhm (və ya pay) kimi eyni struktura malikdir.

Bakı Fond Birjasının Müşahidə Şurasının sədri Fərid Axundov isə hesab edir ki, Azərbaycanda İslam alətlərinin dövriyyəsi ilə bağlı hələ qanunvericilik olmadığı üçün dini inanclarına görə bank kreditlərindən istifadə etməyən və istiqraz bazarında iştirak etməyən şəxslər fond bazarına cəlb oluna bilər.

O qeyd edib ki, istiqrazlara faiz ödənilir, bu isə şəriət prinsiplərinə ziddir: “Amma səhmləri aldığınız zaman şirkətin risklərini bölüşürsünüz və ilin sonunda dividend şəklində gəlir əldə edirsiniz. Buna görə də birjanın inkişafı ilə əhalinin bu təbəqələrini əhatə etmək mümkün olacaq”.

F.Axundov vurğulayıb ki, bu gün Azərbaycanda sahibkarlıq subyektlərinin azı 10-15 %-i bank kreditlərindən istifadə etmir və yalnız banklarda cari hesabları var, Özbəkistanda isə biznesin 35 %-i dini prinsiplərə görə kredit alətlərindən istifadə etmir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password