Kolbasaların ətdən hazırlandığı deyilir, amma ucuz satılır: Səbəb nədir?
Marketlərdə üzərində ət məhsullarından hazırlandığı qeyd olunan bəzi kolbasa və sosiskalar ətdən ucuz satılır.
Xezerxeber.az-ın məlumatına görə, hazırda mal əti 14, toyuq əti isə altı manata satılır. Lakin bu məhsullardan hazırlanan bəzi kolbasa və sosiskalar isə beş manata təklif edilir.
Ətin qiymətinin artması ilə kolbasa və sosislərin də qiymətində dəyişiklik gözlənilirdi. Ancaq qəribədir ki, bəzi kolbasa və sosislərdə əks tendensiya müşahidə olunur. Bu isə vətəndaşlarda həmin məhsulların keyfiyyəti ilə bağlı suallar yaradır.
Mövzuya münasibət bildirən qida üzrə ekspert Məhsəti Hüseynova bildirib ki, aşağı qiymətə satılan, istehsal ünvanı bəlli olmayan kolbasa məhsullarının keyfiyyəti normal istehsal standartlarına tam uyğun deyil:
“Bu məhsulların bəzilərinin tərkibində naməlum əlavələrdən istifadə olunur”.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, ərzaq bazarlarında və ticarət şəbəkələrində nəzarət tədbirləri genişləndirilib:
Agentlik hazırda davam etdirilən monitorinq və yoxlamalar zamanı aşkarlanan nöqsanlarla əlaqədar ölkə ərazisində fəaliyyət göstərən bazar rəhbərlərinə xəbərdarlıq edib.
Ətraflı süjetdə: