ABŞ-dan Tiflisə iki təklif: Ya sanksiya, ya pul…

 

ABŞ-ın “Xarici agentlər haqqında” mübahisəli qanunun qəbulu ilə əlaqədar Gürcüstan rəsmilərinə qarşı sanksiyalara dair qanun layihəsi, antiqərb ritorikasından əl çəkəcəyi və insan haqları məsələsində geri addım atacağı təqdirdə Tiflisə iqtisadi və təhlükəsizlik paketi təklif edəcək.

Bu barədə “Politiko” qanun layihəsinin mətninə istinadən məlumat yayıb.

Məlumata görə, Nümayəndələr Palatasında təqdim ediləcək layihənin müddəalarına əsasən, ABŞ Gürcüstanın siyasi kriteriyaları yerinə yetirəcəyi təqdirdə güzəştli ticarət rejiminin açılması ilə bağlı danışıqlara başlayacaq və gürcülər üçün viza rejimini liberallaşdıracaq.

Sənəd həmçinin Ağ Evə Gürcüstana hərbi dəstək paketini, xüsusən də Rusiyanın təcavüzünə qarşı ərazi müdafiəsi üçün ideal olan təhlükəsizlik və müdafiə avadanlığı, habelə təlim, texniki xidmət və əməliyyat dəstəyi ilə bağlı elementləri təmin etmək səlahiyyəti verir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password