Türkiyədə kritik gəlişmə: Ərdoğan böyük dəyişikliyə gedir

 

Martın 31-də keçirilən bələdiyyə seçkilərində ciddi səs itkisi ilə üzləşən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) tarixinin ən böyük kadr dəyişikliyinə hazırlaşır. Partiya kulislərində kabinet dəyişikliyinin tarixi yavaş-yavaş bəlli olur.

Bu barədə Türkiyənin “Ekonomim” qəzeti yazır.

Nəşr bildirir ki, AKPnin Kızılcahamam toplantısında yeni yol xəritəsi müəyyən olunacaq. İddiaya görə, millət vəkilləri ilə keçirilən məsləhətləşmələr başa çatıb. Son toplantı Kızılcahamamda olacaq.

Toplantıya keçmiş və indiki kabinet üzvləri, partiya qurucuları, AKP-nin qərarverici qurumlarının keçmiş və indiki üzvləri, millət vəkilləri və sair dəvət olunacaq. Toplantıda son bələdiyyə seçkilərinin nəticələri qiymətləndiriləcək, bundan sonra izləniləcək yeni yol xəritəsi müəyyənləşəcək.

31 may – 2 iyunda keçiriləcək Kızılcahamam toplantısından sonra bütün gözlər partiya və kabinetdə ediləcək dəyişikliklərə yönəlib.

Nəşr yazır ki, 23 illik iqtidarında 7 parlameny, 4 bələdiyyə, 3 prezident seçkisi və 3 referendumda qalib gələn AKP son bələdiyyə seçkilərində səslərin ciddi şəkildə azalmasından sonra həm kadrlar, həm də siyasətində tarixində ən böyük dəyişikliyi etməyə hazırlaşır.

Hökumət və partiya siyasətində dəyişiklik mesajı verən Prezident Rəcəb Tayyib Ərdoğanın Kızılcahamam toplantısından sonra dəyişiklik düyməsini basacağı bildirilir.

Nəşr təkcə partiya heyəti və siyasətində yox, həm də hökumətin siyasəti və kadrlarında dəyişiklik olacağını iddia edir. Mənbə onu da qeyd edir ki, AKP-də əsl dəyişiklik payızda keçirilməsi planlaşdırılan 8-ci Fövqəladə Qurultaydan sonra baş verə bilər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password