Rəisinin ötən gün sərhəddə dediyi tarixi sözlər: Dəhliz…

 

19 mayda İran Prezidenti İbrahim Rəisi və XİN başçısı Hüseyn Əmir Abdullahian Şərqi Azərbaycan əyalətində, Uzi və Pir kəndləri arasındakı meşədə helikopter qəzasında həlak olub.

İran Prezidenti İbrahim Rəisi həmin gün Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak etmişdi.

Azərbaycan lideri İlham Əliyevlə birgə qatıldığı mərasimdə İbrahim Rəisinin iki ölkə arasında münasibətlərin daha da inkişafına xidmət edən tarixi çıxışından bəzi sitatları təqdim edirik:

– Araz çayı hər zaman İran və Azərbaycan arasında, xalqlarımız arasında bir bağ olmuşdur. Xüsusilə də Şərqi Azərbaycan əyaləti, Azərbaycan və Ərdəbil arasında hər zaman bir bağ olmuşdur. Bu bağ 50 il əvvəl iki ölkə və iki xalq arasındakı əməkdaşlığın nəticəsində yaranmışdır və bu günə qədər də davam edir;

– Bu layihə, eyni zamanda, regionda iki ölkənin siyasi və əməkdaşlıq iradəsinin göstəricisidir. Bu layihə çox böyük önəm kəsb edir və təbii ki, iki ölkənin xalqları arasında çox böyük ümid, eyni zamanda, düşmənlər üçün isə qısqanclıq yaradır;

– Biz təbii ki, qardaş, qonşu və dost ölkələrik. Xüsusilə Ali Dini Rəhbərin bildirdiyi kimi, İranın Azərbaycanla olan əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür. Bu, qohumluq əlaqəsidir. Bu əlaqə və bağ çox möhkəm, çox dərin bir bağdır. Bu bağ, bu əlaqə iki ölkənin dərin tarixi, mədəni və dini əlaqələrinə söykənir;

– Xüsusilə də təhlükəsizlik və müdafiə sahəsində də iki ölkə arasında əlaqələr artırılmalıdır;

– Cənab Prezident İlham Əliyevə bildirdim ki, İran İslam Respublikasının Azərbaycan Respublikası ilə əlaqələri inkişaf etdirmək üçün heç bir maneə yoxdur. Bizim əlaqələrimiz bütün sahələrdə ən yüksək səviyyədə olmalıdır;

– Fürsətdən istifadə edərək azərbaycanlı dostlarımızı da təbrik edirik ki, ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa etmişlər;

– Biz Qarabağın Azərbaycanın ərazisi olduğunu səlis formada, tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq. Bu bölgədə, Qarabağda dirçəliş proqramı əsasında əməkdaşlığımızı hər zaman göstərməyə hazır olduğumuzu bir daha bildirmək istəyirəm;

– Kəlalə-Ağbənd bölgəsində 140 kilometr uzunluğunda dəmir yolu və avtomobil yolunun üzərində tikilən körpülər də strateji layihələrdir. Bu layihəni biz çox sürətlə davam etdiririk. Buraya gələrkən mən oraya baş çəkdim. Orada altı istiqamətdə işlər çox intensiv şəkildə davam etdirilir. Mən əməkdaşlarıma və şəhərsalma nazirinə də təkidlə tapşırdım ki, biz bu layihəni vaxtından əvvəl – 36 aydan da tez bitirib istismara verməliyik. Çünki bu, iki ölkə arasındakı əlaqələrdə çox önəmli bir dəhlizdir;

– Ola bilər, iki ölkə arasındakı əlaqələrin inkişafı bəzi güclərin xoşuna gəlməsin. Amma əsas olan bizim maraqlarımızdır və iki ölkə arasındakı əlaqələr bizim üçün çox önəmlidir;

– Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır. Düşmənlər nə Azərbaycanın, nə də İranın inkişafını görmək istəmirlər. Düşünürük ki, Azərbaycanın inkişafı bizim də inkişafımızdır. İki ölkə arasındakı sərhəddə təhlükəsizliyə təhdid yaradan hər hansı məsələ bizim üçün də təhlükə yarada bilər;

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password