Qəza yerində şok detal: naməlum adam…
Prezident İbrahim Rəisi daşıyan helikopterin qalıqları yaxınlığında dron görüntülərində bir nəfər aşkarlanıb.
Bu barədə İran mediası görüntülər yayıb.
İran bu görüntünü “sui-qəsd” iddiaları ilə yanaşı müzakirə edir.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.