Hindistandan dəhliz açıqlaması – “Həyəcanlıyıq, Bakı ilə İrəvan…”

 

Hindistanın Ermənistana strateji əhəmiyyət daşıyan ixracat (silah-sursat və hərbi texnika) üçün hava dəhlizi yaratması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Bunu Hindistanın Ermənistandakı səfiri Nilakşi Saxa Sinxa deyib.

Səfir ölkəsinin (Azərbaycana qarşı) Ermənistana hərbi dəstəyi ilə bağlı suala belə cavab verib:

“Müdafiə sahəsində əməkdaşlığımız çox yaxşı gedir. Bu istiqamətdə təkcə müdafiə-texniki sahəyə yox, potensialın artırılmasına da baxırıq. İstər hərbi-texniki əməkdaşlıq, istərsə də təlim və potensialın artırılması, hər iki sahədə çox yaxşı iş gedir. Müdafiə sahəsində əməkdaşlığı daha da genişləndirmək üçün çalışırıq. Hava dəhlizinə gəlincə, hesab edirəm ki, bu xəbər doğru deyildi. Amma həqiqətən texnikaları Ermənistana necə gətirməyi düşünürük. Bu baxımdan, hava dəhlizi ilə bağlı deyilənlər dezinformasiyadır”.

Saxa Sinxa Azərbaycana qarşı Ermənistan-Yunanıstan-Hindistan-Fransa formatının yaradılması ilə bağlı məsələyə də toxunub:

“Bu dörd ölkənin hamısının çox yaxşı münasibətləri, isti və sıx əlaqələri var. Hesab edirəm ki, hər dörd ölkə həmfikir, çox yaxın tərəfdaşdır. Amma indi dördtərəfli formatdan danışmağın hələ bir az tez olduğunu düşünürəm. Bəli, üst-üstə düşən məqamlar var, əminəm ki, belə əməkdaşlıq baş tutsa, bütün ölkələr bundan faydalanacaq”.

Səfir Hindistanın Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində maraqlı olduğunu iddia edib: “Hindistan həmişə dialoq və diplomatiya yolu ilə uzunmüddətli sülhün əldə olunmasının tərəfdarı olub. Hər iki ölkənin atdığı son addımları görmək bizi həyəcanlandırır. Xarici işlər nazirləri Bayramov və Mirzoyan Almatıda görüşüblər. Ona görə də hesab edirəm ki, hər iki ölkənin indi bir-biri ilə masa arxasında danışması, sülh gündəmini önə çəkir. Hindistan həmişə düşünür ki, yalnız belə müzakirələr vasitəsilə regionda uzunmüddətli sülh əldə edilə bilər. Bunu ürəkdən arzulayırıq”.

Diplomat Hindistanın Azərbaycanla Ermənistan arasında kommunikasiyaların (nəqliyyat dəhlizləri) açılmasında maraqlı olduğunu da qeyd edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password