Bakı və Tiflis arasında kritik görüş oldu

 

Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Gürcüstanın nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ölkələr arasında siyasi, iqtisadi-ticarət, enerji-nəqliyyat, mədəni-humanitar və s. sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.

Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin və iqtisadi məsələlər üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd edilib.

Eyni zamanda, beynəlxalq və regional təşkilatlar, habelə Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində hər iki ölkə üçün əhəmiyyət kəsb edən məsələlər üzrə əlaqələndirmə və qarşılıqlı dəstək təcrübəsinin davam etdirilməsinin önəminə vurğu edilib.

Görüş əsnasında Gürcüstan tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, Azərbaycan tərəfindən regionda dayanıqlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar barədə məlumatlandırılıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password