Maneələr aşıldı – Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır

 

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması kənar güclərin Cənubi Qafqaza müdaxilələrinin qarşısını alacaq.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Azərbaycanla Ermənistan arasında çərçivə sazişinin imzalanması ilə bağlı ikitərəfli danışıqlar gedir. Artıq iki ölkə arasında bu sazişi reallığa çevirə biləcək mühüm razılaşmalar əldə edilib. Hətta İrəvanın Zəngəzur dəhlizinin Bakının təklif etdiyi “Kalininqrad statusu” ilə açılması təklifini qəbul etməsi barədə iddialar var. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında daşınacaq yüklər və sərnişinlərin sərbəst keçidi demək olacaq. Çərçivə sazişinin noyabradək – COP29-dək imzalanacağını düşünürəm. Qarşılıqlı etimadın gücləndirilməsi üçün Nikol Paşinyan Bakının dəvəti ilə COP29-a da qatıla bilər”, – ekspert qeyd edib.

Məhəmməd Əsədullazadə əlavə edib ki, növbəti mərhələdə əsas hədəf yekun sülh müqaviləsinin bağlanmasıdır:

“Ermənistan sülh müqaviləsinin daha etibarlı olması üçün yeni konstitusiya qəbul etməlidir. Yəni Ermənistanın mövcud qanunvericiliyi Azərbaycanla sülh müqaviləsi və Türkiyə ilə normallaşma prosesinə zidd olmamalıdır. Çünki ərazi iddialarını ehtiva edən mövcud konstitsiya qaldıqca, gərginlik də tam aradan qalxmayacaq. Nikol Paşinyan artıq belə bir dəyişikliyin anonsunu verib. Hesab edirəm ki, çərçivə sazişinin imzalanmasından sonra Ermənistan yeni konstitusiya qəbul edə bilər. Çərçivə sazişindən yekun sülh müqaviləsinə keçid bir addımlıq yoldur. Paşinyan o zamanda qədər revanşistlərin səslərini tam kəsəcək.

Nikol Paşinyanın başqa hədəfi də var, o, parlament respublikası sistemini ləğv eddərək, prezident idarəetmə sisteminə keçməyə çalışacaq. O, bununla bütün səlahiyyətləri bir mərkəzdə – öz əlində cəmləmək istəyir.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra regionda durum əhəmiyyətli dərəcədə dəyişəcək. Sülh müqaviləsi kənar güclərin Cənubi Qafqaza mümkün müdaxilələrinin qarşısını alacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password