Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer

 

Ermənistanın sərhəddəki Kirants kəndində Azərbaycan ərazisinə düşən hissənin görüntüləri yayılıb.

Videonu Kirants kənd sakini çəkib.

O, Azərbaycan sərhədinin kənd məktəbinə yaxın ərazidən keçdiyini sübut etməyə çalışıb.

Qeyd edək ki, videoda kənd məktəbinin yeni binası əks olunub. Bu isə o deməkdir ki, 1990-92-ci il işğalından sonra ermənilər digər ərazilərdə olduğu kimi, burada da Azərbaycan ərazilərinə girərək, torpaqlarımızda ev, məktəb tikiblər, mağaza açıblar, əkin-biçin işləri aparıblar. Azərbaycan sərhədinin dibində yeni məktəb binası tikib – hələ istifadəyə də verilməyib – sonra delimitasiyadan narazılıq etmək və sərhədin məktəbə yaxınlığından şikayətlənmək yalnız erməni düşüncəsi ola bilər.

Xatırladaq ki, delimitasiya nəticəsində Kirants kəndidə iki ev, bir mağaza və bir qaraj binasının Azərbaycan ərazisində tikildiyi bəlli olub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password