Bütün yerli icra hakimiyyəti orqanları Rəqəmsal Sənəd Dövriyyəsinə qoşuldu

 

“Kağızsız hökumət”ə keçid çərçivəsində daha bir önəmli addım atılıb.

13 may 2024-cü il tarixindən etibarən bütün yerli icra hakimiyyəti orqanları Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə inteqrasiya olunub. Artıq 85 yerli icra hakimiyyəti orqanında sənəd mübadiləsi real vaxt rejimində və təhlükəsiz formada altsistem üzərindən aparılacaq. Bu inteqrasiya yerli icra hakimiyyəti orqanlarında inzibati prosesləri sadələşdirmək və əməliyyat səmərəliliyini artırmaq məqsədi daşıyır.

Qeyd edək ki, Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü il tarixli, 2279 nömrəli Fərmanına əsasən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən hazırlanaraq istismara təqdim edilib. Bu günə qədər dövlət orqanları və tabeli alt qurumlar da nəzərə alınmaqla altsistemə  1100-dən çox qurum inteqrasiya olunub. Rəqəmsal Sənəd Dövriyyəsi altsistemindən istifadə etməklə qurumlar arasında ümumilikdə aylıq olaraq 500 mindən çox sənəd dövr edir. Bununla da sənəd mübadilələrinin səmərəliliyinin artırılması ilə yanaşı, kağızdan istifadə sayı da minimuma endirilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password