Terrorçu qruplaşmalara skandal çağırış – “Azərbaycana mane olun”

 

İran husilər vasitəsilə Qırmızı dənizdəki dağıdıcı fəaliyyətini indi də Azərbaycan və Türkiyə üzərindən reallaşdırmaq istəyir.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert molla rejiminin Azərbaycana qarşı hədyan və təxribatçı fəaliyyətlərinə diqqət çəkib:

“İran dini lideri Əli Xameneyinin ofisinin mətbu orqanı sayılan “Keyhan” qəzetinin Azərbaycanı hədələyən məqalə yayınlaması qonşu ölkənin anti-Azərbaycan siyasətindən imtina etməyəcəyinin növbəti örnəyidir. Qəzza ilə bağlı yayımlanan məqalədə Azərbaycan İsrailə neft satmaqda ittiham olunur.

“Etinasızlıq etsəniz, İsraildən sonra növbə sizdədir” başlıqlı şantaj xarakterli məqalədə Azərbaycandan İsrailə neft nəqlini dayandırılması tələb olunur. Məqalə müəllifi iddia edir ki, Azərbaycan Bakı-Tiflis-Ceyhan boru xəttiylə İsrailə neft satışını dayandırsa, guya İsrail iqtisadiyyatı çökəcək. Ancaq məqalə müəllifinin “Bakı-Tiflis-Ceyhan dəhlizin pozulması sionist rejimin bütün iqtisadiyyatında böhrana səbəb ola bilər” cümləsindəki “dəhlizin pozulması” ifadəsi Bakıdan çox Tehrana bağlı terrorçu və silahlı qruplaşmalara çağırışdır ki, kənar qüvvələr nəqlə mane olsunlar. İran husilər vasitəsilə Qırmızı dənizdəki dağıdıcı fəaliyyətini indi də Azərbaycan və Türkiyə üzərindən reallaşdırmaq istəyir. Alınmayacaq.

Bakı-Tiflis-Ceyhan xəttindən neft alan yalnız İsrail deyil. İsrailə nefti biz satmasaq, başqaları satacaq. Azərbaycan BMT-dəki səsvermədə Fələstinin müstəqilliyinə səs verib, Qəzadakı müharibənin dayandırlmasına tərəfdardır, gələcəkdə bölgənin yenidən qurulmasında maliyyə dəstəyi də verməyə hazırdır. Tehran bunları kənara qoyaraq, “Azərbaycana necə pislik edə bilərəm” düşüncəsindədir”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password