Qərb niyə Rusiyanı çökdürə bilmədi? – Putin qarşısını bu planla aldı
Rusiya Prezidenti Vladimir Putin böyük bir nümayəndə heyətinin müşayiəti ilə Çinə gəlib. Bu, onun beşinci müddətə yenidən seçildikdən sonra xaricə ilk rəsmi səfəridir. Rusiya lideri Çinə səfərdən əvvəl müdafiə nazirini dəyişib, bu posta iqtisadçı Andrey Belousovu gətirib.
Bu barədə “Business Insider” yazır.
Nəşr bildirir ki, Çin Rusiya üçün ən vacib bazardır, amma Putin çinli həmkarı Si Cinpinlə təkcə iqtisadi bazarlıq etmir, həm də strateji əlaqələr qurur.
“İki dövlət hansısa xüsusi mədəni və ya ideoloji yaxınlığı paylaşdıqları üçün müttəfiq deyillər, onları “düşmənimin düşməni mənim dostumdur” kimi köhnə məsəl birləşdirir. Tərəfdaşlıqları əsasən praktikdir – sərt güc prinsiplərinə əsaslanır”, – siyasi analitik Çels Mixta deyib.
Ekspertin qeyd edib ki, hər iki tərəf birgə işi davam etdirmə məsələsində itirmək riskindən çox qazanacaqlarına inanır. Putin Çinin Rusiya iqtisadiyyatına təsirini balanslaşdırmalıdır. Rusiya iqtisadiyyatı qismən hökumət subsidiyaları və müharibə dövründə istehsal stimulları sayəsində iki ildən çoxdur Qərbin sanksiyaları qarşısında dayanıqlılığını qoruyub saxlayır. Eyni zamanda, nəşr yazır ki, Rusiya iqtisadiyyatı o qədər müharibə görüb ki, indi uduzmağı özünə sığışdırmır.
Bununla belə, mənbə vurğulayır ki, Ukraynada müharibə başlayandan sonra Rusiya Çindən asılı vəziyyətə düşüb. Ötən il ikitərəfli ticarət rekord həddə çataraq 240 milyard dolları keçib, bu da bir il əvvəlki 190 milyard dollardan 26 faiz çoxdur.
“Düzünü desək, Çinin iqtisadi dəstəyi olmasaydı, Rusiya Putinin Ukraynaya müdaxiləsindən sonra Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalara tab gətirə bilməzdi”, – Mixta əlavə edib.
Bununla belə, ticarət bumu Rusiyanın maraqlarından çox Çinin maraqlarına xidmət edərək, Moskvanı getdikcə daha çox asılı vəziyyətə salır. Məsələn, indi Rusiya Çinə xammal ixrac edir, Çin isə Rusiyaya hazır məhsul, xüsusilə də avtomobil göndərir.
“Rusiya Çinə böyük həcmdə ucuz qaz satmaqla Pekini potensial olaraq daha sıx geosiyasi müttəfiqliyə bağlaya bilər. Müharibə zamanı Çini belə bir böyük layihəyə sadiq qalmağa inandırmaq Moskva üçün geosiyasi inqilab olardı”, – Kolumbiya Universitetinin analitikləri deyiblər.
Həmçinin nəşr qeyd edir ki, 2030-cu illərin ortalarına qədər Çinin böyük həcmdə qaza ehtiyacı olmayacaq, ona görə də zaman Pekinin xeyrinə işləyir.