Zaxarova: Tiflis sizin dəyərlərinizlə yaşamalıdır?

 

Mən aydınlaşdırıcı suallar vermək istərdim: Gürcüstan qanununun Amerika qanunlarından qat-qat yumşaq olması problemdirmi? Nə üçün Gürcüstan və ya başqa bir ölkə başqalarının dəyərlərinə uyğun olmalıdır? ABŞ “dəyərləri”nə başqa dövlətlərin daxili işlərinə qarışmamaq daxil deyilmi?

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Dövlət Departamentinin Gürcüstanla bağlı açıqlamasını şərh edərkən deyib.

Qeyd edək ki, daha öncə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə bildirib: “Gürcüstan hakimiyyəti “Xarici agentlər haqqında” qanun kontekstində seçilmiş kursdan əl çəkməlidir, mövcud yanaşmalar ABŞ dəyərlərinə uyğun deyil”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password