Ələt Azad İqtisadi Zonasının imkanları BƏƏ-də təqdim olunub

 

Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxt şəhəri Əbu-Dabidə keçirilən İllik İnvestisiya Toplantısı (AİM Congress) çərçivəsində təşkil edilmiş sərgidə iştirak edib. Səlahiyyətli Qurumun nümayəndələri tanınmış Çin, BƏƏ, Rusiya, Polşa və s. şirkətləri ilə görüşərək, Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılmış əlverişli biznes mühit haqqında məlumat veriblər.

Eyni zamanda, sərgi əsnasında Səlahiyyətli Qurum tərəfindən Şeyx İssa bin Abdulla Al-Ma’ala və Şeyx Zayed bin Məhəmməd bin Xalid Al-Qasimiyə Ələt Azad İqtisadi Zonasının unikal qanunvericilik bazası, maliyyə və qeyri-maliyyə güzəştlər paketi, nəqliyyat və logistika xidmətləri, istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemi ilə təmin edilmiş sənaye torpaq sahələri və digər imkanları haqqında geniş məlumat verilib.

Son olaraq, BƏƏ Palatalarının sədri Həmid Məhəmməd bin Salem stendə baş çəkib, o, Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılan imkanlar və güzəştlər barədə məlumatlandırılıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password