Nüvə gücü İsraillə döyüşən Fələstin hərəkatı – HƏMAS gücünü haradan alır?

 

Qəzzada HƏMAS artıq uzun illərdir seçki yolu ilə hakimiyyətə gəldikdən sonra həmin zolaqda kifayət qədər ciddi təsir imkanlarına malik idi. Eyni zamanda HƏMAS-a bir sıra ölkələrin, o cümlədən də ərəb dövlətlərinin dəstəyi var.

Bunu açıqlamasında politoloq Vüqar Zifəroğlu deyib.

Onun sözlərinə görə, HƏMAS noyabr ayında Avropa ölkələri tərəfindən terrorçu təşkilat kimi tanındı:

“HƏMAS indiyədək terrorçu təşkilat kimi tanınmırdı. Bu, daha çox İslami siyasi hərəkat olaraq qəbul edilirdi. HƏMAS-ın müqavimətinin bu cür uzanması eyni zamanda müəyyən silah və imkanlara malik olması əslində təəccüb doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, HƏMAS eyni zamanda yüz ildən artıq fəaliyyət göstərən və ərəb ölkələrinin içərisində kifayət qədər özünə məxsus nüfuzu, təsiri olan müsəlman qardaşlarının Fələstin qoludur. Bütün bunlar onu göstərir ki, HƏMAS əslində adi qruplaşma deyil. Bu siyasi hərəkatın müəyyən ərəb ölkələri özünün müxtəlif dövlətlərlə əlaqəsi var. HƏMAS-a silah-sursat dəstəyi bu gün də davam edir.

Qarşıdurma tərəflərinin açıqlamalarından belə görünür ki, bu münaqişənin tezliklə bitəcəyi ilə bağlı hansısa optimist proqnoz vermək çətindir. Çünki danışıqlar aparıldığı zamanda HƏMAS nəyəsə razı olduqda İsrail etiraz edir və ya əksinə olur. Bütün bunlar hamısı ondan irəli gəlir ki, ümumiyyətlə bölgədə marağı olan güclər də bu prosesdən maksimum dərəcədə yararlanmağa çalışırlar. Məsələn, ABŞ, İran, Avropa və ərəb ölkələri bu vəziyyətdən istifadə edirlər. Bütün bu faktorlar hamısı əslində həm HƏMAS-İsrail münaqişəsinin tənzimlənməsinə, həm də ümumilikdə Fələstin probleminin həllinə neqativ şəkildə təsirini göstərmiş oldu. Humanitar koridorun açılması, müxalifət bölgəsindən və ya Qəzzanın bir sıra bölgələrindən insanların köç etməsi ilə bağlı dəstəyin saxlanmasından söhbət gedir. Bu məqamlarda fikir birliyinə gəlmək çətin olur. Son anda nələrsə razılaşmanın əldə edilməsinə çətinlik törədir. Hətta bəzi hallarda bunu mümkünsüz edir”.

Ekspert qeyd edib ki, beynəlxalq hüququn ortaya qoyduğu prinsiplər və qəbul olunmuş xəritələr var: “Münaqişə bu prinsiplərə uyğun şəkildə həll olunsa, yalnız Yaxın Şərqin ən köklü, ən dərin problemin həlli demək olmazdı. Bu, eyni zamanda Yaxın Şərqdə bir çox başqa problemlərin də həllinə avtomatik şəkildə öz təsirini göstərərdi. Fələstin problemi Yaxın Şərqin kilid problemlərindən biridir. Əslində bölgədə gedən çox proseslər haradasa məhz Fələstin problemindən qaynaqlanır. Bu problemin çözülməsi avtomatik digər problemlərin həllinə çox böyük təkan və dəstək vermiş olar”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password