Fırıldaqçı keşiş baş nazir olmaq istəyir – “Məsuliyyəti öz üzərimə götürməyə hazıram”

 

Qazaxın işğal edilmiş 4 kəndinin Azərbaycana qaytarılmasına qarşı etiraz aksiyasına başçılıq edən Tavuş yeparxiyasının rəhbəri, uzun müddət ekstremist çağırışları ilə tanınan arxiyepiskop Baqrat Qalstanyan “istənilən vəzifəni daşımağa” hazır olduğunu bəyan edib.

İrəvandakı mitinqdə danışan Qalstanyan bunun üçün II Qaregindən xeyir-dua aldığını da bildirib: “Mən çox səmimi deyirəm: Erməni patriarxının xeyir-duası, Allahın iradəsi və xalqımızın istəkləri ilə istənilən məsuliyyəti öz üzərimə götürməyə hazıram. Ancaq hüquq müstəvisində müzakirəyə ehtiyacı olan məsələlər var ki, onlar iki gün ərzində dəqiqləşdirilərək sizə təqdim olunacaq. Bu məsələlər də bütün siyasi qüvvələrlə müzakirə olunmalıdır, mən bunu yaxın vaxtlarda edəcəyəm”.

Baqrat Qalstanyan bütün ermənilərin ali patriarxı və katolikosu II Qareginlə görüşdüyünü də deyib: “O, mənim atamdır, o, mənim mənəvi atamdır, o, Ali Patriarxdır… Bir gün əvvəl onunla görüşmüşəm”.

Bununla da Baqrat Erməni kilsəsi rəhbərliyinin siyasətə qarışdığını və Paşinyan hakimiyyətini devirməkdə maraqlı olduğunu etiraf etmiş olub.

Onu da qeyd edək ki, son günlər erməni mətbuatında keşiş Baqratın Kanadada keşiş olarkən etdiyi maliyyə fırıldaqları barədə məlumatlar yayıb.

Qalstanyan əvvəlcə Kanada erməni yeparxiyasını əhəmiyyətli borclarla nəticələnən şübhəli maliyyə sxemlərinə cəlb edib, sonra isə borcları ödəmək üçün Kvebekdə kilsəni girov qoymağa cəhd edib. Onun macəraları bununla bitmir. Qalstanyan Lavaldakı Müqəddəs Xaç kilsəsinin vəsaitlərini mənimsəməkdə də ittiham olunub. Hazırda onu sayəsində həmin kilsənin borcu 1 milyon dolları ötür.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password