Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək

 

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstanın Baş naziri Kriakos Miçotakisi qəbul edəcək.

Paralel olaraq iki ölkənin xarici işlər nazirləri, eləcə də kəşfiyyat orqanlarının rəhbərləri arasında görüşlər keçiriləcək.

Danışıqlardan sonra Miçotakis və Ərdoğan birgə bəyanatlarla çıxış edəcəklər. Bu görüşlə liderlər Ankara və Afinanın qarşıdakı dövrdə izləyəcəyi “yol xəritəsi”ni müəyyənləşdirəcəklər.

“Parapolitika” nəşri qeyd edib ki, axşam saatlarında hökumət başçısı Yunanıstana qayıdacaq.

Rəsmi Ankara gözləyir ki, liderlər arasında ikitərəfli danışıqlar zamanı Türkiyə və Yunanıstan arasında dəniz sərhədləri sahəsində mövcud problemlərin həlli yolları, Kipr ətrafındakı vəziyyət, ticarət-iqtisadi münasibət, siyasi və işgüzar qarşılıqlı əlaqələrin inkişafı müzakirə olunsun.

Türkiyə lideri Yaxın Şərq regionundakı vəziyyət üzərində ətraflı dayanmaq və regionun digər münaqişə zonalarını müzakirə etmək niyyətindədir. Tərəflər arasında səhiyyə və tibb elmləri, o cümlədən təbii fəlakətlər və fövqəladə hallar zamanı əməkdaşlıq haqqında sazişlərin imzalanması gözlənilir.

Bundan başqa iki ölkə arasında 6 milyard dollar civarında olan ticarət həcminin 10 milyard dollara çatdırılması üçün atılacaq addımlar qiymətləndiriləcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password