Baş diplomatların ikigünlük Almatı görüşü: “Açıqlanmadı, amma…”

 

Bundan əvvəl dörd kəndin qaytarılması ilə bağlı razılaşma əldə edilmişdi, amma açıqlanmamışdı. Baş nazir Nikol Paşinyan müəyyən müddətdən sonra həmin bölgəyə getdi və məsələ ilə bağlı aydınlıq gətirdi.

Bunu Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüşü şərh politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, adətən xarici işlər nazirlərinin arasında olan görüşün nəticələri açıqlanmır:

“Bu da daha sonra pozitiv nəticələrin əldə edilməsinə gətirib çıxara bilər. Düşünürəm ki, görüşdə ən əsası kommunikasiya xətləri (dəhlizlər) ilə bağlı məsələ müzakirə edilib. Kommunikasiya həm Azərbaycan Ermənistanı, həm də ki, bizə yaxın və uzaq olan ölkələri narahat edən məsələlərdən biridir. Eyni zamanda, sülh müqaviləsinin mətni ilə bağlı orada nələrin olub-olmayacağı ilə bağlı danışıqlar olub. Düşünürəm ki, iki gün davam edən görüş effektiv alınıb. Orada müəyyən nəticələrə gəlinib. Sadəcə olaraq, indi həmin nəticələr liderlərə çatdırılmalıdır. Bir daha həmin o sənədlərlə bağlı hər iki tərəf öz düzəlişlərini etməlidirlər. Gələcək həftələrdə Bakıdan İrəvana, İrəvandan Bakıya həmin sənədlərin yenilənmiş və bir qədər korrektə edilmiş versiyaları göndəriləcək. Danışıqların hamısı bundan ibarətdir.

Həmçinin o da məlumdur ki, ötən il ABŞ-də effektiv görüşlər keçirilib. Həmin görüşlərdə kifayət qədər ciddi şəkildə razılaşdırılmamış məqamlar da vardı. Sonradan olanlar hər kəsə məlumdur. İmkan verilmədi ki, Azərbaycan-Ermənistan daha da irəliyə getsin. Müxtəlif dairələr tərəfindən vəziyyət gərginləşdi. İndi də biz eyni ssenarini istisna etməməliyik. Hazırda müsbət məcrada danışıqlar getsə də birdən hansısa problemlər ortaya çıxa bilər ki, Azərbaycan-Ermənistan arasındakı vəziyyəti gərginləşdirsin. Ona görə də İrəvan tərəfi adekvat addımlar atmalı və yaxın zamanda Azərbaycanla məsələləri həll etməlidir. Yaxşı olardı ki, hazırda dünya və region ətrafında yaranmış fürsətdən istifadə edən Nikol Paşinyan tez zamanda Ermənistanda konstitusiya və normativ hüquqi aktlarda dəyişikliyə start versin. Əks təqdirdə əgər biz bu il Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmamasına şahidlik etsək, məsələlər çətinə düşəcək. Sülhün möhkəmlənməsi bu il yaxın aylarda vacibdir. Bakıda keçiriləcək COP29 da buna şərait yaradır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password