Çempionlar Liqası: İlk finalçı müəyyənləşdi

 

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk cavab oyunu keçirilib.

PSJ Fransa paytaxtında Dortmund “Borussiya”sını qəbul edib.

Səfərdə minimal hesabla uduzan Paris klubu bu dəfə də doğma meydanda öz azarkeşləri önündə eyni aqibətlə üzləşib.

Oyunda yeganə qolu 50-ci dəqiqədə Hummels vuraraq almanları finala çıxarıb – 0:1 (0:2).

Qeyd edək ki, mayın 8-də baş tutacaq digər yarımfinal qarşılaşmasında “Real Madrid” “Bavariya”nı qəbul edəcək. Komandaların ilk görüşü 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password