Köçəryan niyyətini bəlli etdi – “Bu, bizi müharibəyə aparacaq”
Ermənistanda sərhədin delimitasiyası əleyhinə keçirilən təxribatçı aksiyanın rəhbəri, keşiş Baqrat Qalstanyanı sabiq prezident və hərbi cinayətkar Robert Köçəryan siyasətə çəkib.
Barədə Ermənistanın “Haykakan Jamanak” qəzeti yazır.
Nəşr Köçəryanın hələ iki əvvəldən bu plan üzərində işlədiyini bildirir:
“Baqrat Qalstanyanla bağlı “siyasi hesablama”nın Robert Köçəryan tərəfindən aparılması barədə iddialar getdikcə öz təsdiqini tapır. Köçəryan hələ 2022-ci ildə verdiyi müsahibələrinin birində baş nazirliyə namizəd irəli sürməkdən danışarkən, onun üçün ən yaxşı variantın erməni kilsəsinin istənilən üzvünün olduğunu söyləmişdi. Köçəryan vurğulamışdı ki, bu. həm də müzakirə edilə bilən təklifdir.
Həmin il arxiyepiskop Baqrat Qalstanyan Robert Köçəryanın rəhbərlik etdiyi mitinqdə çıxış edərək bu günlərdə söylədiyi tezisləri dilə gətirmişdi.
Konkret olaraq bu sözləri demişdi: “Məbəd küçəyə, ruh toz üzərində, sülh və sevgi nifrət və düşmənçiliyə qalib gələcək”.
Köçəryanın bəyanatı ilə Baqrat Qalstanyanın mitinqdəki çıxışı təsadüf idi, yoxsa əvvəldən Baqratı siyasətə girəcəyinə eyham vurulurdu və belə bir razılaşma var?”.
Nəşr revanşistlərin məqsədlərinin sülh və delimitasiya prosesinin dayandırılması və Ermənistanı müharibəyə sürükləmək olduğunu vurğulayır.
/Teleqraf.com/