“İran kənarda qalır, Zəngəzur dəhlizi belə açılacaq” – Karapetyan

 

Qərb Zəngəzur dəhlizini Orta dəhliz layihəsi çərçivəsində nəzərdən keçirir və açılmasına maraq göstərir.

Bunu erməni jurnalist Artur Karapetyan deyib.

Onun sözlərinə görə, Qərbin də yaxından maraq göstərdiyi Orta dəhliz türk ölkələrindən keçəcək:

“Orta Asiya vasitəsilə Cənubi Qafqaza, buradan da Türkiyə üzərindən Avropaya çatmalıdır. Təsadüfi deyil ki, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılışı mövzusunu Orta dəhliz layihəsi ilə əlaqələndirir. Üstəlik, Orta dəhlizin faktiki olaraq Avropa nəqliyyat strategiyasına inteqrasiyası planlaşdırılır. Hətta Avropa bu layihənin həyata keçirilməsini, o cümlədən Türkiyə, Azərbaycan və Özbəkistan arasında Azərbaycanın qərbi ilə Naxçıvan arasında quru nəqliyyat əlaqəsinin yaradılmasını ehtiva edən Daşkənd bəyannaməsini də alqışlayıb”, – jurnalist bildirib.

Orta dəhliz layihəsinin həyata keçirilməsinə gəlincə, Karapetyan qeyd edib ki, Qərb Rusiyadan yan keçən marşrutların açılmasında maraqlıdır:

“Belə anlaşılır ki, Qərb Rusiyanı Cənubi Qafqazdan kənarda saxlamaq üçün Türkiyəni irəli çəkməyə çalışır. Əslində bu məsələdə Türkiyə ilə Qərbin maraqları üst-üstə düşür. Qərbin sanksiyalar altında olan İranın ərazisindən dəhlizlərin işə salınmasının əleyhinə olması belə bir duruma zəmin yaradır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password