Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var… – YENİLƏNİB

Roma Aliyev adlı sosial şəbəkə istifadəçisi ötən gün “Facebook” səhifəsində  Zaqatala rayon Mərkəzi Xəstəxanası ilə bağlı müzakirələrə səbəb ola biləcək ilginc məlumatlar paylaşıb. Paylaşımda rayon Xəstəxanasının direktor Tamara Nurəliyeva özbaşına əməllərindən bəhs edilir.  https://www.facebook.com/srmxphsh/?locale=az_AZ
Qeyd edək ki, bu məlumatlar saytda yayıldıqdan sonra son bir neçə gündürki,  Aktualinfo.org redaksiyasına müxtəlif mətbuat orqanlarının nümayəndələrindən və digər şəxslərdən zənglər gəlir. Zəng edənlər bu məlumatları haradan əldə etdiyimizi maraqlanır, yuxarıda təqdim etdiyimiz lingdə – Şəki rayon Mərkəzi Xəstəxanasının “Facebook” səhifəsində – belə məlumatın olmadığını bildirirlər. Yayılmış bu məlumatlardan narahat olanlara bir daha xatırlatmaq istərdik ki, məlumat Roma Aliyev adlı sosial şəbəkə istifadəçisi tərəfindən Şəki rayon Mərkəzi Xəstəxanasının “Facebook” səhifəsində mayın 3-də TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şəki Rayon Mərkəzi Xəstəxanasının direktoru Məcid Əliyev 60 yaşı bitən və 65 yaşı bitdiyi üçün əmək müqaviləsinə xitam verilən tibb işçilərini təbrik etməsi ilə bağlı paylaşımın şərh bölməsindən götürmüşdük. Məqalə geniş ictimaiyyət arasında yayıldıqdan və redaksiyaya olunan zənglərdən sonra qeyd etdiyimiz şərh bölməsində bu məlumatın silindiyini gördük. Araşdırma apardıqda məlum oldu ki, Roma Aliyev adlı sosial şəbəkə istifadəçisi bu məlumatları hələ aprelin 4-də “Facebook”da, Zaqatala Media, Zaqatala Meydanı səhifələrində də paylaşıb. Bu da sözügedən paylaşımların linki: https://www.facebook.com/search/top?q=zaqatala%20meydan%C4%B1&locale=he_IL
Çox maraqlıdır ki,bizə zəng edənlərə bu məlumatların “Facebook”da, Zaqatala Media səhifəsində hazırda qaldığını bildirdikdən sonra gördük ki, məlumatlar artıq oradan da silinib. Yaxşı ki, vaxtında skrinşot edərək yaddaşda saxlamışdıq.
Aktualinfo.org sözügedən paylaşımı müəyyən redaktələrlə, amma məzmununu olduğu kimi saxlamaq şərti ilə bir daha diqqətinizə çatdırır.
“Zaqatala rayon Mərkəzi Xəstəxanası demək istərdim, amma xəstəxana deyil, başqa bir yerdə çevrilib. Rüşvətxorluq bazar və xaos… Xəstəxanadan başqa hər şey var burda. Bunu da yardan əlbəttdə ki direktor Tamara Nuraliyeva və müavini Emil Rüstəmovdur. Burda o qədər qanunsuzluqlar var ki, Prokurorluğa verilən iş indi Korpusiyaya təhvil verilib. Bele olduqda Tamara xanım başladı xəstəxandan pul yiğmaga. Yəni söhbəti bağlamaq üçün 250 min manat pul yiğmalıdı. Bunu da bütün burda işləyənlərin belindən çıxartmaq istəyir.  Tamara və Emil anbarları satıb sovurdu özlərinə evlər şəraitlər qurdu, işi bağlamq istəyəndə isə işçilərin aldığı bir-iki qəpik maaşlarına göz dikdi. Bu ikili indi hər bir şobəyə müəyyən məbləğlərin yiğlması üçün tapşırıqlar verib.
Yəni bu 250 min manat pulu yiğmaq üçün bütün xəstəxananı ayağa qaldırıb. Cərrahları, həkimləri, tibb bacılarını hamını çarmığa çəkir və tələb edir ki, pul yığılsın mən satdım sovurdum indi isə siz məni bu vəziyyətdən çıxarın. Kefi çəkən sən, satan sən, dövlətin malını mənimsəyən sən, külli miqdarda yeyinti edən sən, pulu niyə bu millət yiğmalıdı ?
TƏBİB nə vaxta kimi göz yumacaq bunlara.
Direktor Tamara Nuraliyeva artıq o həddə çatıb ki… Cərrahlar Tamara tələb edən pulu vermədiyinə görə 7 mart 2024 cü il tarixində cərahiyə korpusda (Diaqnostikada) xəstə qeydiyyatını dayndırmışdı. Nəticədə xəstələr saatlarla gözlədi və sonda bezib özəl klinikalara getməli oldular.TƏBİB isə yatır fil qulağında.Tamara bura sənin şəxsi obyetin deyil ki, öz çirkin maraqlarınla idarə edəsən. Bura dövlətin balansında olan xəstəxandı millətin haqqına girməyə sənin ixtiyarın yoxdu”.
Qeyd edək ki, sözügedən paylaşıma şərh vermək fikrindən uzağıq. Lakin sosial şəbəkə istifadəçisi tərəfindən yayılan  bu ittihamlarin araşdırılmasına ciddi ehtiyac olduğunu düşünürük. Zaqatala rayon Mərkəzi Xəstəxanasının direktoru Tamara Nurəliyeva 250 min manatı nə üçün toplamaq istəyirmiş? İddia olunan məbləğ toplanıbmı?  Sözügedən pullar nə üçün və  kimə verilməli imiş? Təbii ki, bu kimi qaranlıq suallara aydınlıq gətirmək aidiyyatı qurumların, hüquq mühafizə orqanların səlahiyyətləri daxilindədir. Amma…
Aktualinfo.org Zaqatala rayon Mərkəzi Xəstəxanasında satınalmalar zamanı yol verilən bir sıra ciddi nöqsanlarla bağlı araşdırma aparır. Xəstəxanada  “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsi, zəruri mal-materialların və xidmətlərin satın alınması üzrə keçirilən tender və kotirovka sorğularında saxtakarlıq hallarına yol verilməsi, habelə bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsi,  satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsi kimi hallara yol verilir. Bunula bağlı Mərkəzi Xəstəxananın Satınalma Komissiyasına sorğu məktubu ünvanlamışıq. Məktuba veriləcək cavabdan asılı olmayaraq yaxın günlərdə redaksiya araşdırmanı geniş ictimaiyyətə açıqlayacaq.
Aktualinfo.org
P.S. Redaksiyamıza olunan çoxsaylı zənglərdən belə çıxır ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasında bu məlumatların yayılmasından narahat olanlar var. Amma maraqlıdır ki, bir nəfər də zəng edib bu məlumatların yalan olduğunu, həqiqəti əks etdirmədiyini söyləmədi.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password