Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

 

Son vaxtlar mediada Mədəniyyət Nazirliyinin Regional Mədəniyyət İdarələrində və tabe müəssisələrdə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrinə əsasən bir çox rəhbər vəzifəli şəxslərin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətmələri faktlarına dair cinayət işinin başlanılması barədə məlumatlar yayılmaqdadır.

Bu məlumatlarda daha çox Regional Mədəniyyət İdarələrinin tabeliyində olan gözdən uzaq musiqi məktəblərində, mədəniyyət evlərində, kitabxanalarda, muzeylərdə vəzifəli şəxslərin mənimsəmə və israf etmə, rüşvət alma kimi qanuna zidd əməllər törətdikləri qeyd olunur.

Elektron mediada yayılan məlumatlarda son vaxtlar Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində olan bir çox mədəniyyət müəssisələrində də narazılıqların çoxaldığı bildirilir. Belə ki, müəmmalı şəkildə Mədəniyyət naziri postundan atımış Anar Kərimovun Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə gətirdiyi, birinci dərəcəli müşavir diplomatik rütbəsinə malik Qalib Həsənov indi regionun kənd müsiqi məktəblərində naraqzılıqlar yaradır. Yeni mədəniyyət naziri Adil Kərimlinin əmri ilə yeni yaradılmış Qarabağ regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilən Qalib Həsənov mediada yayılan məlumatlara görə artıq heç kimi saymır və mədəniyyət müəssisələrində istədiyi vaxt xoşu gəlməyənləri işdən çıxarır, istədiyi şəxslərə də himayədarlıq edir.

Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyindəki klub, kitabxana, incəsənət və musiqi məktəblərindəki neqativ halların, özbaşınalıqların baş verdiyi bir mədəniyyət müəssisəsi də Bərdə şəhərində fəaliyyət göstərən 3 nömrəli Uşaq Musiqi Məktəbidir. Bu barədə Aktualinfo.org redaksiyasına verilən məlumatda bildirilir

Məlumatda qeyd edilir ki, məktəbin direktoru Fəqani Əliyev sözügedən vəzifəyə Vidadi İsayev Bərdə rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra gətirilib. Artıq 12 ildən çoxdur ki, məktəbə rəhbərlik edir. Odur ki, Musiqi Məktəbinin fəaliyyətinə ciddi nəzarət etmir, istədiyi vaxt gəlir, gedir. Burada çalışan müəllimlərin əksəriyyəti də Fəqani Əliyevə yaxınlığı ilə tanınır. Elə ona görə də direktor müəllimlərin işə gecikməsi, işdən tez çıxması, tabelə qol çəkməməsi kimi hallara ciddi nəzarət etmir. Bu da Musiqi Məktəbində müəllimlərin dərslərini keyfiyyətli şəkildə keçməmələrinə səbəb olur. Direktorun məktəbdə dərs saatlarının bölüşdürülməsində də ayrıseçkiliyə yol verdiyi, ona yaxın olan müəllimlərə 30 dərs saatı yazdığı halda, bəzilərinə 8-10 dərs saatı yazaraq kifayətləndiyi bildirilir. Qeyd edilir ki, direktor hər ay müxtəlif bəhanələrlə bir çox müəllimlərin əmək haqlarından qanunsuz pul tutulmaları da aparır.

Hətta qeyd olunur ki, Bərdə 3 nömrəli Uşaq Musiqi Məktəbində araşdırma aparılarsa adları məktəbdə gedən, amma faktiki olaraq işləmiəyən şəxslərin adına əmək haqqı yazıldığı, uşaqların sayını artırmaqla siniflərin yaradılması və bununla da külli miqdarda dövlət vəsaitinin mənimsəməsi halları da aşkarlana bilər.

Məlumatlara görə direktor Fəqani Əliyev Uşaq Musiqi Məktəbində təhsil alan şagirdlərin də sayının süni şəkildə şişirdir. Bəzi ixtisaslar üzrə qəbul zamanı uşaqların valideynlərindən pul da alır. Yoxlama aparılarsa məktəbdə heç zaman görsənməyən şagirdlər üzə çıxa bilər. Bu isə məlum məsələdir ki, siniflərin sayını artırmaqla direktor dövlət büdcəsindən artıq vəsait əldə etmiş olur.

Direktor Fəqani Əliyevin hətta vəzifəsindən sui-istifadə edərək Qarabağ Reginoal Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovla əlbir olub rəhbərlik etdiyi məktəbdə işə qəbullar etdirdiyi, onlarla şəxsin adını məktəbdə müəllim kimi qeyd edərək, həmin müəllimlər işə gəlmədikləri halda onlara yüksək əmək haqqı yazdıraraq külli miqdarda dövlət vəsaitlərini  mənimsədiyi də deyilir ki, bütün bunların hüquq mühafizə orqanları tərəfindən araşdırılmasına ciddi ehtiyyac olduğu da məlumatlarda yer alıb.

Həmçinin qeyd edilir ki, direktor rayonda olan havadarlarına və rəisi Qalib Həsənova arxayın olaraq ciddi qanun pozuntularına yol verir, müəllimlərin etirazlarına heç bir əhəmiyyət vermir, açıq şəkildə bildirir ki, mən heç kimdən qorxmuram. Bir sözlə direktor Fəqani Əliyev Bərdə rayonundakı 3 nömrəli Uşaq Musiqi Məktəbini 13 ildir ki, öz şəxsi mülkü kimi idarə etdiyi söylənilir.

Qeyd edək ki, Bərdə rayon 3 nömrəli uşaq musiqi məktəbi 1993 – cü ildən fəaliyyət göstərir. Məktəbdə 190 nəfər müəllim 396 şagirdə fortepiano, tar, qarmon, kamança, səs, skripka kimi ixtisaslar üzrə dərs keçirlər. Məktəbdə 3 şöbə fəaliyyət göstərir, xalq çalğı alətləri şöbəsi, fortepiano şöbəsi, nəzəriyyə şöbəsi.Bunlar rəsmi məlumatlardır. amma qeyri rəsmi məlumatlara şgirdlərin sayı göstəriləndən iki dəfə çox olduğu bildirilir. Bir sözlə Musiqi Məktəbinin həm müəllim heyətinin həm də şagirdlərin sayının dəqiq sayını bilən yoxdu.

Direktor Fəqani Əliyevə gəlincə. Rəsmi məlumatlara görə 1993-cü ildə Q.Hüseynli adına Gəncə Orta İxtisas Musiqi Texnikomunun Xalq çalğı alətləri şöbəsinin qarmon ixtisasını bitirmişdir. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Musiqişünaslıq ixtisası üzrə təhsil alıb. 1995-2006-cı illərdə Bərdə 3 nömrəli uşaq musiqi məktəbində qarmon müəllimi işləmişdir. 2006-cı ilin dekabr ayından 2011-ci ilə qədər Divanlı kənd uşaq musiqi məktəbində direktor, 2011-ci ildən hal-hazıra kimi Bərdə şəhər 3 nömrəli uşaq musiqi məktəbində direktor vəzifəsində işləyir.

 

Aktualinfo.org

 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password