Rusiya keçmiş sovet ölkələrinə qarşı sərtləşdi – Kütləvi şəkildə qovulurlar

 

Rusiya sərhədçiləri Özbəkistan və Qırğızıstan vətəndaşlarının ölkəyə girişini kütləvi şəkildə qadağan etməyə başlayıblar. Əcnəbilər son vaxtlar hava limanları və quru keçid məntəqələrində bu problemlə üzləşirlər. Rusiya hakimiyyəti bundan əvvəl kütləvi şəkildə yalnız Tacikistan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyurdu.

Bunu rusiyalı hüquq müdafiəçisi Valentina Çupik deyib.

Çupikin sözlərinə görə, miqrantların ölkəyə girişi aprelin 24-ü və mayın 1-dən dayandırılmağa başlayıb, bunun nəticəsində Rusiya hava limanlarında 4500-ə yaxın insan toplaşıb, eyni sayda insan isə quru keçid məntəqələrindədir. O qeyd edib ki, Rusiya heç vaxt əcnəbilərin ölkəyə girişini belə kütləvi şəkildə qadağan etməyib. Hazırda saxlanılanların ümumi sayının dörddə birini Tacikistan vətəndaşları təşkil edir, təxminən yarısı Özbəkistandan olan miqrantlar, qalanları isə əsasən Qırğızıstan vətəndaşlarıdır.

Çupik bildirib ki, miqrantlar ona aprelin 24-dən bəri 200-ə yaxın ərizə yazıb, onlara su və yemək verilməməsi, ayaqyoluna buraxılmaması və heç bir səbəb göstərilmədən telefonlarının əllərindən almasından şikayətləniblər. Saxlanılanların əksəriyyəti bir-iki gün ərzində geri göndərilir, amma bəzən proses bir həftəyə qədər çəkə bilər.

Sərhədçilər saqqallı və saqqalsız kişiləri, eləcə də hicablı qadınları ölkəyə buraxmırlar. Ölkəyə girişi qadağan edilənlərin əksəriyyəti Rusiyada işləyirdi.

“Əvvəllər ayda bir dəfə belə hal olurdu, indi isə fərq qoymadan geri qaytarırlar”, – Çupik vəziyyətlə bağlı deyib.

Özbəkistan və Qırğızıstanın Xarici İşlər Nazirlikləri hələlik vəziyyəti şərh etməyib. Tacikistan isə aprelin 30-da Rusiyaya nota verib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password