“Ermənistanla dostluq xoş, amma boş xəyaldır” – Bardakçı

 

Hazırkı durumda Ermənistanla yaxınlaşmaq, dost olmaq xoş, amma boş xəyaldır.

Bunu türkiyəli jurnalist Murat Bardakçı deyib.

“Əlbəttə, Türkiyə ilə Ermənistan arasında bir əsrdir davam edən düşmənçiliyə son qoyulması və tərəflərin normal qonşuluq münasibətləri qurması zəruri gəlişmədir, amma təəssüf ki, boş xəyaldır. Sərhəd qapısı açıla bilər, bağlı olsa da artıq Türkiyədə on minlərlə Ermənistan vətəndaşı var və burada işləyirlər. Ona görə də qapının açıq və ya bağlı olmasının fərqi yoxdur, amma tərəflər arasında dostluq, əməkdaşlıq və sair qurmaq mümkün deyil. Münasibətlərin tam bərpası Türkiyəyə nifrəti dolanışıq vasitəsinə çevirmiş erməni diasporunun marağında olmayacaq və belə bir şeyə yol verməyəcək, Türkiyə isə “soyqırımı tanımaq” şərtini rədd etmək məcburiyyətində qalacaq. Üstəlik, iki xalqın arasında “qan” girib və Şərq aləmində qan heç vaxt unudulmur”, – jurnalist bildirib.

Bardakçı hesab edir ki, Ermənistanda sülhdən danışanların “satqın, terrorçu, vətən xaini” elan edildiyi bir durumda bu ölkə ilə yaxınlaşmaq, dost olmaq xoş, amma boş xəyal kimi görünür. Jurnalist bu kontekstdə Azərbaycan və Türkiyə ilə normallaşmadan danışan, qonşu ölkələrə ərazi iddialarına qarşı çıxan Baş nazir Nikol Paşinyanın erməni diasporu və bu ölkənin bəzi siyasi çevrələri tərəfindən “satqın” elan edilməsini xatırladıb.

Bardakçının fikrincə, türklərə qarşı zəhərli zehniyyət dəyişmədikcə, münasibətlər də normal olmayacaq. Jurnalist onu da qeyd edir ki, Paşinyanın özü də Azərbaycan Qarabağı azad etdikdən, yəni Ermənistanın işğal etdiyi ərazilər əllərindən çıxdıqdan – hərbi məğlubiyyətdən sonra tarixi xülyalardan əl çəkib reallıqdan danışmağa başlayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password