Ərdoğandan Qərbə sərt təpki: “Bu, fəlakət və biabırçılıqdır”

 

Avropada türklər və müsəlmanlara nifrətdən qaynaqlanan neonasist terrorizmi xalqımızın can və mal təhlükəsizliyini təhdid edən səviyyəyə çatıb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Nifrət cinayətləri ilə mübarizəyə gəldikdə Avropada fikir ayrılığı var. Belə hadisələrdə cinayətin özündən çox, qurbanın kimliyi ön plana çıxır. Müsəlmanlar və miqrantlara qarşı irqçi hücumların əksəriyyətinin istintaq mərhələsində ört-basdır edildiyi hamımıza məlumdur.

Avropadakı prosesləri izləyən hər kəsin qəbul edəcəyi həqiqət budur, bu gün türklər və müsəlmanlara nifrətdən qaynaqlanan neonasist terrorizmi xalqımızın can və mal təhlükəsizliyini təhdid edən səviyyəyə çatıb. Bəzi Avropa ölkələrində radikal sağçı hərəkatların dövlətin özü tərəfindən müdafiə olunması Qərb demokratiyaları üçün fəlakət, biabırçılıq və utancvericidir. Son illər bəzi siyasətçilər və media tərəfindən anti-Türkiyə və anti-türk əhval-ruhiyyəsinin qızışdırılması vətəndaşlarımızın hədəfə alınması deməkdir”, – Türkiyə lideri bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password