“Paşinyan legitimliyini itirmək həddinə çatıb” – “Blinkenin zəngi də bununla bağlı olub”

 

“Azərbaycan və Ermənistan arasında aparılan danışıqların gündəliyi ilə bağlı rəsmi Bakının mövqeyi və ədalətli şərtləri müəyyən edilib. Onlar həyata keçirildikdən sonra danışıqların müxtəlif istiqamətlərində irəliləyiş əldə edilir”.

Bunu politoloq Fərhad Məmmədov bildirib.

Ekspert bu şərtləri belə göstərir:

Sülh müqaviləsi ilə bağlı – Ermənistanın Konstitusiyasına və qanunvericiliyinə dəyişikliklər;

Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı – dörd kəndin azad edilməsi və sərhədin digər hissələrinə keçid;

Nəqliyyat yollarının açılması ilə bağlı–Zəngəzur dəhlizi ilə maneəsiz hərəkətin və beynəlxalq təhlükəsizlik nəzarətinin təmin edilməsi.

“Əgər Ermənistan Baş nazirinin bəyanatlarına və hərəkətlərinə nəzər salsanız, belə nəticəyə gəlmək olar ki, Paşinyan sülh müqaviləsi və sərhədin müəyyənləşdirilməsində irəliləyişin əleyhinə deyil. Ancaq Zəngəzur dəhlizi ilə maneəsiz hərəkətin əleyhinədir. O, bu istiqamətdə irəliyə doğru heç bir addım atmır. Bu, həm Ermənistan hökumətinin özünün, həm də onun xarici himayədarlarının mövqeyidir”, – ekspert əlavə edib.

F.Məmmədov xatırladır ki, ilin əvvəlindən Ermənistan Konstitusiyasının dəyişdirilməsi və sərhədlərin müəyyənləşdirilməsi prosesinə başlamaq üçün 4 kəndin azad edilməsi mövzuları ictimai müzakirələrə atılıb. Onun sözlərinə görə, Paşinyan Konstitusiya dəyişikliyi ilə bağlı referendum mövzusundan kənara çəkilib, amma dörd kəndin azad edilməsinə getməyə qərar verib.

“Yəni o, indi etmək mümkün olanı edir”, – o əlavə edib.

F.Məmmədiov güman edir ki, Paşinyan bunu öz limitini müəyyən etmək üçün edib: “Dörd kəndin geri qaytarılması parlament müxalifəti və kilsənin təşkil etdiyi etirazlara səbəb olub. Etirazların Ermənistanın başqa şəhərlərinə və paytaxtına yayılmasına cəhdlər olsa da, ancaq hələlik kəndlərin özlərindən kənara çıxamır. İndi biz görürük ki, Paşinyan etirazları yatırmaq üçün dövlət aparatının resurslarından necə istifadə edir. Özünə sadiq Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarını prosesə cəlb edib. Onlardan heç də az “fədakar” olmayan İstintaq Komitəsi etirazlara qoşulan hərbçilərə qarşı cinayət işi açır. Yəni bu addımlar vən etirazların dağıdılması onun legitimliyini şübhə altına qoymur. Paşinyan bütün gücündən istifadə edir və bu normaldır”.

Politoloq qeyd edir ki, Azərbaycanın sonrakı ədalətli şərtlərini həyata keçirmək üçün Ermənistanın Baş naziri onun legitimliyinə təhlükə yarada biləcək referendum keçirməlidir: “Beləliklə, biz belə qənaətə gəlirik ki, Paşinyan yaxın gələcəkdə referenduma, yəni nəticələri onun hakimiyyəti üçün risklər yarada biləcək bir prosesə getməyəcək. İstər Qərbdəki, istərsə də cənubdakı himayədarları ona bunu məsləhət görmürlər”.

Paşinyan nə edə bilər?

Təhlilçinin sözlərinə görə, görünən odur ki, Qazax istiqamətində delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra Paşinyanın edə biləcəyi yeganə şey Ermənistan Ali Şurasının 1992-ci ildə qəbul etdiyi qərarları ləğv etmək, Ermənistan Xarici İşlər Nazirliyinin sənədlərinə düzəliş etməkdir.

“İndiki halda iddiaların geri götürülməsi baş verməyəcək, çünki prosedur artıq başlayıb və qarşılıqlı razılıq tələb olunur. Hiss olunur ki, Paşinyan qərarların qəbulu prosesində legitimliyini itirmək həddinə çatıb və ona görə də öz hakimiyyətini riskə atmayacaq”, – o əlavə edib.

O zaman sual olunur: Paşinyanın Ermənistandakı addımları Bakı üçün kifayət edəcəkmi?!

F.Məmmədov ehtimal edir ki, Blinkenin çağırışı məhz bununla bağlı olub: “Qərb Ermənistanda Paşinyana hansısa formada zərər vura və onun hakimiyyətinin legitimliyinə problem yarada biləcək hər hansı səsvermə prosesinin keçirilməsində maraqlı deyil”. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password