ABŞ-dən Ukrayna etirafı: “Quyuya saldıq, ərazilərini bizə görə itirdi”
ABŞ-dən yardım paketinin təsdiqlənməsində gecikmələr Ukraynanın şərqdə müəyyən əraziləri itirməsi ilə nəticələndi. Bu, xüsusilə, Donetsk vilayətinin Avdiv şəhəri ilə bağlıdır.
Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Gecikmənin nəticələri Ukraynada hiss olundu. Son altı ayda Ukrayna sursata qənaət etmək məcburiyyətində qaldı, bu, şərqdəki ərazilərin bir hissəsinin, xüsusən də Avdivin itirilməsinə səbəb oldu”, – Ağ Ev rəsmisi bildirib.
Sallivan paketin Konqresdə təsdiqlənməsi prosesin çox uzun sürdüyünü etiraf edib. Eyni zamanda o qeyd edib ki, ABŞ-nin elan etdiyi 1 milyard dollarlıq hərbi yardım paketi Kiyev üçün yaxşı xəbər olsa da, Ukrayna qoşunları hələ də döyüş meydanında ciddi təzyiq altındadır.
Onun sözlərinə görə, yaxın gələcəkdə Rusiyanın döyüş meydanında əlavə taktiki uğurları ola bilər.
“Fakt budur ki, Konqresdə əlavə maliyyələşdirməni təsdiqləyən altı aylıq gecikmənin yaratdığı çuxurdan çıxmağımız bir qədər vaxt aparacaq”, – Sallivan vurğulayıb.