Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər

 

“Brüssel və Vaşinqtonun vasitəçiliyinənə ehtiyac yoxdur”.

Bunu açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Analitik vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçilik edən və nəticəsiz olan Moskva formatı fiaskoya uğradı:
“Bundan sonra Brüssel və Vaşinqtonun da vasitəçiliyinə ehtiyac yoxdur. Azərbaycan və Ermənistan ikitərəfli danışıqlarla, üçüncü tərəfin iştirakı olmadan real nəticələr əldə edə bilir. Bu gün əldə olunmuş razılıq və protokolun imzalanması, ikitərəfli danışıqların müsbət dinamikasıdır. Burada təkcə, Azərbaycan deyil, Ermənistan da uduşludur. Ermənistan danışıqlarda daima üçüncü tərəfin iştirakını təklif edirdi. Amma, Azərbaycan bundan imtina edirdi. Əgər, İrəvanın təklifi reallaşaydı, heç bir irəliləyiş olmayacaqdı”.

Ekspert qeyd edib ki, Ermənistan baş naziri siyasi iradəsini davam etdirəcəksə, Azərbaycan tərəfinin təklifləri əsasında proseslə gedəcəksə, liderlərin iştirakı ilə sülh müqaviləsi bağlana bilər:
“Sülh müqaviləsinin bağlanması isə Qazaxıstanın paytaxtı Astanada yaxud Tiflisdə baş tuta bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password