ABŞ-dan inanılmaz: Mirzəyevə sanksiya təklif edilir!!! – Şok

 

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilirkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib.

Bu barədə QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy qeyd edib.

O bildirib ki, layihənin qəbul edilib-edilməməsi ayrı mövzudur:

“Ancaq təqdim edilən siyahıda əsasən hərbiçilərdir. Bu ölkədə hazırda xalq arasında ən sevilən qurumların başında Azərbaycan Ordusu gəlir. Onun da ən sevilən zabitini – general Hikmət Mirzəyevin adını da yazıblar siyahının başına. İndi bu addım Azərbaycan xalqının ABŞ-a yanaşmasında növbəti ciddi neqativ deməkdir! Üstəlik general Hikmət Mirzəyev müdafiə nazirinin müavinidir. ABŞ ilə NATO-nun Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq etmək istədiyi bilinən şeydir. Bir yandan Azərbaycan ilə əməkdaşlıq istəyib, digər tərəfdən Azərbaycan Ordusunun xalq arasında ən çox sevilən və ordunu NATO standartlarına çatdırmaq üçün ən çox cəhd göstərən generallarından birini və Ordunu faktiki idarə edən müxtəlif yüksək rütbəli zabitləri qara siyahıya almaq cəhdi nə deməkdir axı?!

Siyahıda adı olan bir digər mühüm şəxs DTX rəhbəri general Əli Nağıyevdir. General Nağıyev isə Azərbaycanda Rusiya və İran agentura şəbəkələrinə qarşı uğurlu əməliyyatları ilə bilinən milli təhlükəsizlik qurumunun rəhbəridir. Onu bu siyahıya salmaq həm də ABŞ ilə Azərbaycan arasında təhlükəsizlik əməkdaşlığı imkanlarına ciddi zərbə vurmaq deməkdir!

Qısaca, ABŞ Azərbaycan siyasətində öz ayağına güllə sıxmağa davam edir”.

Qeyd edək ki, bu layihə erməni lobbisinin Azərbaycana qarşı 24 aprel öncəsi uğursuz cəhdidir və layihənin Konqresdə dəstəklənmə ehtimalı çox azdır./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password