Zəngəzur dəhlizi ilə bağlı müsbət nəticələr olacaq

 

Azərbaycan ilə Ermənistan arasında son günlərdə aparılan danışıqlardan sonra ermənilərin işğal etdikləri 4 kəndin Azərbaycana qaytarılması çox böyük nailiyyətdir. Bu təkcə Azərbaycan və Ermənistan üçün deyil, ümumilikdə Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri müsahibəsində gürcü politoloq Badri Naçkebiya söyləyib.

Onun sözlərinə görə, 44 günlük müharibədən sonra sülh müqaviləsi imzalanması və digər problemlərin həlli ilə bağlı iki ölkə arasında danışıqlar davam edir. Gürcü siyasətçilər də bu prosesi maraqla izləyirlər. Danışıqlar prosesində əldə olunan hər bir uğur gürcüləri də sevindirir. Ona görə ki, danışıqların bu cür uğurla nəticələnməsi regionda davamlı sülhə nail olmaq imkanlarını artırır.

O deyib: “Bu günlərdə Azərbaycan və Ermənistan rəsmilərinin keçirdikləri görüşdə Ermənistan işğal altında saxladığı 4 Azərbaycan kəndinin də azad edilməsinə razılıq verməsi sıradan bir hadisə deyil. Bu əslində iki ölkənin beynəlxalq vasitəçilər olmadan apardığı və müsbət nəticələr əldə etdiyi ilk uğurdur. Bu uğura Prezident İlham Əliyevin praqmatik xarici siyasəti və diplomatiyası nəticəsində nail olunub. Ona görə də demək olar ki, Azərbaycanın 4 kəndinin də işğaldan azad edilməsi barədə əldə olunmuş razılıq, məhz Prezident İlham Əliyev diplomatiyasının uğurudur”.

“Düşünürəm ki, Zəngəzur dəhlizinin də açılması ilə bağlı danışıqlar prosesində də tez bir vaxtda müsbət nəticələr əldə olunacaq”, – B.Naçkebiya vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password