“Bakını da İran-israil müharibəsinə çəkmək istəyirlər” – “Fransa Azərbaycanı hədəf göstərib”

 

“Eyni yerdən koordinasiya olunmuş bir filmə baxırıq. İran və İsrail arasında rol bölgüsü var”

Son günlər İran və İsrailin bütün dünyaya öncədən səhnələşdirilmiş qarşılıqlı hücumlar şəraitində davam edən bir “teatr” izlətməyə çalışdığını görürük. 

45 ildir İsraili təhdid edən İranın aprelin 13-dən 14-nə keçən gecə “sionist rejim” adlandırdığı ölkəyə “hücumuna” İsrailin cavabı fərqli olmayıb. Ötən gün İsrail İsfahanda bir neçə strateji obyektə hücum etdiyi görüntüsünü yaradıb. Lakin bütün siyasi ekspertlər İrandakı partlayışları “məhdud hücum” kimi qiymətləndirib. Yəni İsrail İranın saxta hücumuna bənzər şəkildə bir cavab verib. 

Ekspertlərə görə, qarşılıqlı hücumlarda itkilərin olmaması iki ölkə arasında əvvəlcədən sövdələşmə olduğunun bariz sübutudur.

İranlı ekspert Rəhim Fərzan Türkiyə mətbuatına açıqlamasında bildirib ki, hər iki hücumun ortaq nöqtəsi bir-birinə zərər verməmək olub: “İran dünənki hücuma görə İsraili günahlandırmaqdan çəkinir. Tərəflər arasında baş verən son hadisələr tamamilə komediyaya dönüşüb. Son nəticə budur ki, Rafah və İordan çayının qərb sahilində yaşayan insanlar yaxın müddətdə bu raket-PUA təxribatlarının bədəlini ödəyəcəklər. Tərəflər bütün məsuliyyəti Suriya, Yəmən, Livan və İraq xalqlarının üzərinə yıxacaqlar”.

“Son hadisələr bizə Qəzzanı unutdurdu. İsrailin buna cavabı mütləq Rəfahda olacaq. Bu, hər iki ölkəyə Yaxın Şərqi dizayn etmək şansı verir. Xüsusilə də İsrail çox ciddi qazanc əldə edir. Cəmi bir neçə həftə əvvəl böyük reaksiyalar alan mümkün Rəfah işğalı cəhdi indi İran sayəsində qanuniləşdi. Hətta “zəruri müdaxilə hüququ” qazandı. Sanki eyni yerdən koordinasiya olunmuş bir filmə baxırıq. İran və İsrail arasında rol bölgüsü var. Bölgənin yenidən dizayn edilməsi üçün tərəflərin oynadığı roller indi daha aydın şəkildə görünür. Həm İsrail, həm də İran qarşılıqlı hücumlarını dayandırdılar. Bundan sonra hər iki tərəf də bölgədəki siyasətlərini davam etdirmək üçün daha sərbəst hərəkət edə biləcəklər”, –  Rəhim Fərzan əlavə edib.

İranlı fəal-tədqiqatçı Elyar Makuyi isə bildirib ki, Azərbaycanı da İran ilə İsrail arasında yaşanan gərginliyə çəkməyə çalışırlar: “Fransa İsfahana düşən raketlərlə bağlı Azərbaycanı hədəf göstərib. İran Bakını da İsrail ilə yaşanan münaqişəyə çəkmək istəyir. Onlar Bakını Yəmən, Suriya, İraq və Livanın gününə salmaq istəyirlər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password