İran İsrailə raket atdı, öz şəhərini vurdu

 

14 aprel hücumunu dəyərləndirsək, İran dövlətinin boş şüardan ibarət olduğunu gələrik. Ağılsız bir dövlətdir. Bölgəni və insanlığı hər zaman qana çəkə bilər, ancaq bu, İranın güclü olduğu mənasına gəlmir.

Bu sözləri Güney Azərbaycanın BMT-dəki nümayəndəsi, Azərbaycan Cümhuriyyət Partiyasının (ACP) rəsmisi Araz Yurdsevən İranın İsrailə hücumunu şərh edərkən deyib.

O bildirib ki, Güneyə aid bir çox qurum və təşkilatlar, eləcə də təmsil etdiyi partiya bu hücumu gülünc hesab edir:

“İran müxtəlif yollar axtarırdı ki, həm Dəməşqdəki SEPAH binasının vurulmasına görə İsrailə cavab versin, həm də ciddi savaşa girməsin. Nəhayət, gülünc bir hücumla “intqam”ını aldı. İsrailə 350 raket və PUA atsa da, bu, İranı xilas etmədi, əksinə gözdən saldı. Raket və PUA-ların 99 faizi zərərləşdirildi, İsrail yerinə öz şəhəri Şirazı vurdu.

Bu hücumdan sonra İran rəsmiləri savaş istəmədiklərini açıqca dilə gətirdilər. Çünki öz imkanlarını və nəyə qadir olduqlarını bir daha anladılar. Onlar sadəcə terror qrupları vasitəsi ilə bölgəni qarışdırmağı bacarırlar”.
Qurum rəsmisi hücumun ağırlığının sadə İran xalqının üzərinə çökəcəyini bildirib:

“İran son illərdə Çin və bəzi ölkələrdən raket, PUA istehsalını öyrənib, inkişaf etdirsə də, hərbi imkanları geniş deyil. Bir gecəlik hücumun milyardlarla vəsait itkisi oldu. Xalq də gözəl anlayır ki, bunun əvəzini millətdən çıxacaqlar. Dünya dövlətlərinin bu hücumdan sonra Tehran rejiminə qoyacağı sanksiyaların əziyyətini millət çəkəcək. Biz ACP olaraq Güney Azərbaycan milli hərəkəti ilə birgə “Güney Azərbaycan İran deyil” şüarı altında İranın yaratdığı bütün fəsad, terror, cinayət və hətta baş verəcək hər hansı bir savaşdan Güney Azərbaycanı qorumağa çalışacağıq”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password