Hesablama Palatası “toxum subsidiya”larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb

 

Azərbaycanda “Elit” sinifli toxum alınmadığı halda R1 reproduksiyalı toxumlar üçün subsidiya ödənilib.

Bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində qeyd edilib.

Bildirilib ki, əvvəlki illərdə “Elit” sinifli toxumu (gömrük bəyannamələri, elektron qaimə-fakturalar və ya Kənd Təsərrüfatı Nazirliyinin “Elit” toxumunun güzəştli satışı üzrə adlı bölgüsü ilə təsdiqlənən toxum alışı üzrə) alınmadığı halda növbəti ildə R1 reproduksiyalı toxumların istehsal edilərək satılması adı altında toxumçu təsərrüfatı kimi qeydiyyata alınmış şəxslərə toxum subsidiyalarının ödənilməsinə yol verilib.

“Eyni zamanda ümumi toxum subsidiyasının 2021-ci ildə 73,2 %-ni, 2022-ci ildə 53,7 %-ni əldə etmiş, toxumçu kimi qeydiyyata alınmış hüquqi və fiziki şəxslər üzrə həmin toxumun istehsalı üçün bəyqan dövründə müvafiq əkin sahələri bəyan olunmayıb”, – hesabatda deyilir.

Bildirilir ki, qeyd edilən uyğunsuzluqların daxili nəzarət qaydasında vaxtında araşdırılması və qanunvericiliklə nəzərdə tutulan tədbirlərin tətbiqi təmin edilməyib, alış və satış əməliyyatlarının mühüm təsdiqedici ilkin sənədləri kimi elektron qaimə-fakturalara və idxalda gömrük bəyannamələrinə əsaslanmamaqla toxumçuluğun subsidiyalaşdırılması prosesi üzərində məsafədən dövlət nəzarətinin müasir rəqəmsal elementlərindən istifadə olunmaması sinifli və ya reproduksiyalı toxumların hərəkətinin həqiqiliyini sual altında qoyub ki, bu da müəyyən intizamsızlıq hallarının baş verməsinin və “toxum subsidiyası” adı altında əsassız ödənişlərin həyata keçirilməsinin qarşısının alınmasına yardım etmir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password