İran Baş Qərargahında çaxnaşma: Cavab zərbəsi olacaq

 

İranın İsrailə birbaşa hücumu Yaxın Şərqdə qarşıdurma tendensiyasını gücləndirə bilər.

Bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert İran və İsrail arasındakı son gəlişmələrə diqqət çəkib:

“İranın İsrailə hücumu arxada qaldı, informasiya səs-küyü getdikcə azalır.

Yekun nəticə çıxarmaq hələ tezdir. İranın İsrailə tarixdə ilk birbaşa hücumu öz gücü və İsrailin müdafiə qabiliyyətini yoxlamaq, eləcə də Təl-Əvivin müttəfiqlərinin, ilk növbədə ABŞ-nin fəaliyyət alqoritmini müəyyən etmək məqsədilə edilmiş ola bilər.
Çox güman ki, İran Baş Qərargahı hücumun nəticələrini təhlil edəcək və qarşıya qoyduğu hədəflərə çatmaq baxımından daha təsirli olacaq növbəti zərbəni hazırlamağa başlayacaq.

Digər yandan, İsrail ordusu hökumətin İranın hücumu ilə bağlı cavab zərbəsi endirilməsi ilə bağlı qərar verəcəyini açıqlayıb.

İsrail və İran arasında açıq müharibə ehtimalı hələ aşağı olsa da, Yaxın Şərq regionunda qarşıdurmanın intensivləşmə tendensiyası aşkar formada müşahidə olunur. Bu arada, payların artırılması açıq qarşıdurmaya aparan birbaşa yoldur, indiki şəraitdə bunun ehtimalı ancaq zaman məsələsi ola bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password