“Balıqlar kürüləmə vaxtını dəyişir, qanun da dəyişsin” – Ekspertlərdən TƏKLİF
Gələn aydan etibarən Azərbaycanda balıq ovu qadağan edilə bilər.
Xezerxeber.az-ın məlumatına görə, xüsusən həvəskar balıq ovçularına şamil edilən bu qadağanın səbəbi balıqların həmin tarixdə kürüləmə dönəmi olmasıdır.
Azərbaycan Balıqçılar İttifaqının Rəhbəri Əfqan Əliyevin sözlərinə görə, balıq ovu qadağasında tətbiq olunan standartlar sovet dönəmindən qalmadır. Çünki, həmin illər üçün suda temperatur dərəcəsi ilə balıqların kürü mövsümü may və iyun aylarına təsadüf edirdi.
Lakin indi belə deyil…
Ə.Əliyev bildirib ki, tətbiq olunan qadağa tarixinin dəyişdirilməsi ilə əlaqədar, Xəzər dənizində apardığı tədqiqatları artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edib.
Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən 1 may – 30 iyun tarixləri ərzində Xəzər dənizində və dənizə axan bütün çaylarda, həmçinin Kür və Araz çayları ilə əlaqəsi olan bütün su hövzələrində balıq ovu qadağandır.
Ətraflı süjetdə: