Türkiyənin həmləsi tarazlığı dəyişdi – “Hər şey alt-üst oldu”

 

Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi KAAN adi bir silahdan daha çox məna kəsb edir.

Bunu ABŞ ordusunun zabiti Kris Kappi deyib.

“Bir ölkənin gələcək nəsil təyyarələri sadəcə bir proqram deyil. Bu, milli qürur simvolu, müstəqillik rəmzi, diplomatik alət, müharibədən çəkindirici vasitədir”, – hərbçi bildirib.

Kappi ölkələrə tətbiq edilən silah embarqolarının onları öz-özlərini təmin etməyə təşviq etdiyini, məsələn, ABŞ-nin F-35 təyyarələri satmadığı üçün Türkiyənin öz döyüş qırıcısını hazırladığını söyləyib:

“ABŞ və Türkiyə arasında F-35-lə bağlı qarşıdurma F-35-i tamamlayacaq yeni təyyarənin ortaya çıxmasını zərurətə çevirmişdi. Bu, hər şeyi alt-üst etdi. KAAN xoru tərk eddərək ayağa qalxmalı idi”.

ABŞ-də reaktiv mühərrik texniki kimi çalışdığını bildirən Kappi türk mühəndislərin Amerikada 5-ci nəsil təyyarələrin dizaynında çox köməkçi olduqlarını və mühüm rol oynadıqlarını qeyd edib.

ABŞ zabiti Türkiyənin yaxşı bir təyyarə ortaya çıxaracağını 100 faiz əmin olduğunu vurğulayıb:

“Türkiyə qlobal liderliyə can atır. Türkiyə qlobal müdafiə sektoruna əsas oyunçu kimi girməyi, texnoloji baxımdan özünü təmin etməyə nail olmağı və müstəqilliyini müdafiə etməyi hədəfləyir. Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi hazırlayan 4-cü ölkə olması ciddiyə alınmayacaq hadisə deyil”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password