Politoloq: Azərbaycan BRICS-dən siyasi mənfəət əldə edə bilər

 

Azərbaycan BRICS-dən siyasi mənfəət əldə edə bilər.

Bunu Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov “Azərbaycan və BRICS: imkanlar və perspektivlər” adlı tədbirdə “BRICS və Azərbaycan iqtisadi əməkdaşlıq və prioritetlər” mövzusunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın Avropa ilə münasibətlərinin pozulması mümkün deyil, xüsusilə iqtisadi çərçivədə bu baş verməyəcək:

“Azərbaycanın əsas ticarət partnyoru Türkiyə və Avropadır. Son 30 ildə ticarət dövriyyəmizin statistikasında Qərb ölkələri birinci yeri tutur. Azərbaycan BRICS-dən siyasi mənfəət əldə edə bilər. Ancaq bu o demək deyil ki, bu quruma üzv olmaqla dünyaya qarşı çıxılır. Azərbaycan nə qədər çox təşkilata üzv olsa, bir o qədər siyasi dividend qazana bilər”.

Qeyd edək ki, BRICS (BRİKS) 2001-ci ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır.

Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib. BRICS arasında ikitərəfli əlaqələr əsasən müdaxilə etməmək, bərabərlik və qarşılıqlı fayda əsasında aparılır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password