İrandan Ermənistana silah daşınır: Tehran “təzyiq” edir?

 

İranın Teleqram kanallarında Tehranın Ermənistanı silahlandırmasına dair xəbərlərin sayı artıb. Rəsmi İrəvan bu xəbərləri nə təsdiq, nə də təkzib edir. Görünür, Tehran və İrəvan bu xəbərlər vasitəsilə Azərbaycana təzyiq etdiklərini düşünürlər.

Bu sözləri politoloq Elxan Şahinoğlu İrandan Ermənistana SEPAH-a məxsus hərbi yük təyyarəsi ilə PUA və digər silahlar daşınması barədə məlumatı şərh edərkən bildirib.

“Tehranın başqa bir təzyiq aləti İranın dini liderinin hərbi müşaviri Yəhya Səfəvinin “dünyanın müxtəlif yerlərdəki İsrail səfirlikləri artıq təhlükəsiz deyil” açıqlamasıdır. Əvvəlcə İran parlamentinin deputatı İsrailin Azərbaycandakı səfirliyini nişan göstərdi, ardınca bu açıqlamanın rəsmi təsdiqi gəldi”, – o bildirib.

Qeyd edək ki, 29 mart-4 aprel tarixlərində İranın Sərab və Tehran şəhərlərindən SEPAH-a məxsus “Boinq” hərbi yük təyyarəsi İrəvana 5 dəfə reys həyata keçirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password