“Bu halda Ukrayna müharibəni uduzacaq” – Zelenskidən xəbərdarlıq

 

“Qərbin yardımı olmasa, Ukrayna müharibəni uduzacaq”.

Bunu Prezident Vladimir Zelenski Ukrayna üçün ianə toplayan bir sıra Qərb mədəniyyət xadimləri, elm adamları və iş adamları ilə görüşündə bildirib.

“ABŞ Konqresi Ukraynanı dəstəkləməsə, Ukrayna bu müharibəni uduzacaq. Konqresin dəstəyi olmadan bizim üçün nəinki qalib gəlmək, hətta düşməni təmas xəttində cilovlamaq çətin olacaq” – deyə, Ukrayna Prezidenti qeyd edib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Conson bir müddət əvvəl bildirmişdi ki, aprelin 9-da başa çatan Pasxa bayramlarından sonra konqresmenlər Ukraynaya yardım haqqında qanun layihəsini müzakirə edəcəklər.

Eyni zamanda o qeyd edib ki, bu, çətin proses olacaq və hər iki tərəfin razılığını tələb edəcək. Çünki Nümayəndələr Palatasında qüvvələr nisbəti demək olar ki, bərabərdir. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password