Əliyev açıq danışdı – “Toplantı belə bir anlaşma ilə bitsə…”

 

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanın narazılığı ilə bağlı məlumat aldıqdan sonra Prezident İlham Əliyevə zəng edib. Blinken bildirib ki, 5 aprel görüşündə məsələ Azərbaycana qarşı yox, yalnız iqtisadi proseslərin müzakirəsi gözlənilir.

Bunu açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti kifayət qədər açıq şəkildə bildirdi ki, onda olan məlumatlara görə, məhz bu görüşə qədər aparılan danışıqlarda tərəflər arasında hərbi, texniki əməkdaşlığın inkişafı ilə bağlı konkret məsələlər müzakirə olunub – o cümlədən birgə hərbi təlimlərin keçirilməsi, İrəvanın silahlandırılması, Azərbaycan-Ermənistan şərti sərhədində infrastrukturun qurulması, birgə təlimlər keçirilməsi və sair kimi məsələlər. Avropa İttifaqının sülh mexanizmləri və ABŞ büdcəsi tərəfindən Ermənistanın silahlandırılması kimi məsələlərlə bağlı məlumatlar var. Bu, Azərbaycanı ciddi şəkildə narahat edir. Azərbaycanın narahatlığı o zaman aradan qalxardı ki, bu proses şəffaf aparılardı, Azərbaycan prosesin gedişi ilə bağlı məlumatlı olardı. Uyğun variantlardan biri də məhz burada bir tərəfin mövqeyini müdafiədə yox, münaqişəyə cəlb olunmuş, hər iki tərəfin mövqeyi nəzərə alınmaqla Cənubi Qafqazda hansısa proses aparıla bilərdi. Amma biz bunu görmürük.

Gördüklərimiz Fransa və digər qurumların dilindən guya Azərbaycan Ermənistana təhdid yaradır, hücum etməyə hazırlaşır və bu baxımdan Ermənistan müdafiə olunmalıdır kimi əsassız mesajların yayılmasıdır. Xüsusilə də Fransanın xarici işlər nazirinin iki gün öncə Blinkenlə birgə mətbuat konfransında səsləndirdiyi təxribatçı fikirlər, fransız səfirin İrəvanda verdiyi müsahibələr onu deməyə əsas verir ki, Azərbaycanın narahatlıqları haqlıdır”.

Politoloq bildirib ki, Rusiyanın son dövrlər Ermənistanın Qərbə daha çox yönəlməsi, xüsusilə də 5 aprel görüşünə qəzəbli münasibəti başa düşüləndir:

“Rusiya 200 ildən bəri mövcud olduğu bölgədə sıxışdırılması prosesi ilə razılaşmır və müqavimət göstərməyə çalışır. Mariya Zaxarovanın ötəngünkü ittihamedici çıxışları bununla bağlıdır. Amma bizi maraqlandıran onun açıqlamalarının digər tərəfidir. Zaxarova və indiyə qədər dəfələrlə Rusiya Prezidenti və xarici işlər naziri davamlı şəkildə Ermənistan rəhbərliyini ittiham edirlər ki, məhz Qarabağın Azərbaycan ərazisi kimi tanınmasından sonra Rusiya proseslərə qarışmaq imkanını itirdi. O halda ritorik sual yaranır. Rusiya belə çıxır ki, Qarabağ Azərbaycan ərazisi hesab etmirmiş və imkanı olsaydı, Azərbaycanın Qarabağ üzərində nəzarəti təmin etməsinə imkan verməyəcəkdi. Yəni onun açıqlamalarından bu nəticə çıxır. Təbii ki, bu, qəbul olunan deyil. Başa düşürük ki, Rusiya-Ermənistan arasında hazırda informasiya və təbliğat savaşı gedir. Amma bütün hallarda Rusiya tərəfi ən azı 2022-ci il 22 fevral ikitərəfli müttəfiqlik fəaliyyətinə dair anlaşmanın şərtlərinə uymalıdır və Azərbaycanın həmin anlaşmaya görə ərazi bütövlüyü Qarabağ da daxil olaraq birmənalı şəkildə tanınır.

Rusiya Ermənistan rəhbərliyini gözdən salmaq üçün onların cəmiyyətinə mesajlar verirlər. Amma bu heç də uğurlu variant deyil. Azərbaycan cəmiyyətində ritorik sual ortaya çıxır ki, Rusiya Qarabağa tam şəkildə nəzarətsiz qalmasını, separatçı rejimin mövcudluğunu davam etdirməsini və Ermənistan ordusunun qalıqlarının bölgədə təhdid ünsürü kimi qalmasını istəyirdi. Təbii ki, bu istiqamətdə suallarımız çox olub. İndi də var. Artıq bu sualları verməyin yeri deyil. Amma Rusiya tərəfi məcbur edir ki, bu cür ritorik suallar ortaya çıxsın”.

Oqtay Qasımov qeyd edib ki, Ermənistan indiyə qədər olduğu kimi 4 kəndin qaytarılma prosesini uzatmaq siyasətini davam etdirəcəksə, bu, gərginliyə səbəb olacaq:

“Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Öhdəliklərdən biri anklav və qeyri anklav olmaqla səkkiz kəndin geri qaytarılması məsələsidir. Azərbaycan Ermənistana yol xəritəsi də təklif edib. Təklif bundan ibarətdir ki, 4 anklav olmayan kəndlər dərhal qaytarılır, qalan 4 kənd məsələsi delimitasiya prosesinin gedişində həllini tapır.

Əgər 5 aprel görüşündə Qərb dairələri ilə Ermənistan prosesi uzatmaq bağlı təşviq olunacaqsa, bu, gərginliyə gətirib çıxaracaq. Bunu dünən Azərbaycan Prezidenti birmənalı şəkildə Blinkenin nəzərinə çatdırdı. Qeyd etdi ki, prosesin qeyri şəffaf aparılması bölgədə gələcəkdə təxribatlara və gərginliyə səbəb ola bilər. Bu baxımdan Azərbaycan onsuz da mövqeyini bildirib. Ermənistan süni şəkildə prosesi uzatmağa çalışsa Azərbaycan başqa variantlara əl ata bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password