İranda Azərbaycanı hədəf kimi görənlər – VİDEO

 

Aprelin 1-də axşama doğru İsrail aviasiyası Suriyanın paytaxtındakı İran səfirliyi və konsulluğunun yerləşdiyi əraziyə altı raket zərbəsi endirib.

Nəticədə İran konsulluğunun binası tamamilə dağılıb, azı 13 nəfər, o cümlədən yeddi İran hərbçisi həlak olub.

Ölən hərbçilər içərisində “Sepah”ın iki generalı da var: bunlar “Sepah”ın “Qüds” qüvvələrinin Suriyadakı kontingentinin komandanı Məhəmmədrza Zahidi və onun müavini Məhəmmədhadi Hacırəhimidir. İsrail mənbələri onların regiondakı İsrail və Amerika obyektlərinə çoxsaylı hücumların arxasında dayandığını və yeni həmlələr planlaşdırdığını bildirib.

Yayılan məlumatlara görə, hadisə zamanı Livan Hizbullahının Hüseyn Yusif adlı üzvü də həlak olub.

Məsələ burasındadır ki, İran səfirliyinin yaxınlığında yerləşən villada bir qayda olaraq “Sepah” təmsilçilərinin Livan və Fələstin təşkilatlarının nümayəndələri ilə görüşləri keçirilir və raketlərdən biri həmin villaya düşüb.

Bəzi məlumatlara görə, həmin vaxt Fələstinin İslami Cihad təşkilatının nümayəndələri də orada olub. İsrail Suriyadakı İran qüvvələri və obyektlərinə vaxtaşırı olaraq zərbələr endirsə də, hazırkı hücumun İran-İsrail qarşıdurmasında yeni səhifə açdığını söyləmək olar. Belə ki, bir sıra təhlillərdə general Zahidinin həlak olması 2020-ci ildə Qasım Süleymaninin öldürülməsindən sonra “Sepah”ın məruz qaldığı ən ciddi itki kimi dəyərləndirilir.

Digər tərəfdən, İsrail indiyə qədər İran diplomatik missiyalarına zərbə endirməkdən çəkinirdi.

Hadisənin İranda xüsusi qəzəb və hiddətlə qarşılanması, beynəlxalq aləmdə də geniş reaksiyalar doğurması, şübhəsiz, bununla bağlıdır. İran rəhbərliyi İsrailə qətiyyətli cavab veriləcəyi, ağır intiqam alınacağı barədə bəyanatlar verib. Bu kontekstdə məsələyə nə qədər aidiyyəti olmasa da, Azərbaycanın hədəf kimi göstərilməsi xüsusi diqqət çəkib:

Anti-Azərbaycan qüvvələr Dəməşqdə baş vermiş hadisədən İranda Azərbaycan əleyhinə çirkin təbliğatın qızışdırılması üçün fürsət kimi yararlanmağa çalışıblar.

Ətraflı “Azad İran”ın süjetində:

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password