İrəvan üçün son 48 saat – Rusiyanı Ermənistanda çökdürmək planı İŞƏ DÜŞDÜ

 

Ermənistan yenidən sinəsini qabağa verib, havadarlarının əmrinə uyğun olaraq Azərbaycanla şərti sərhdələrdə vəziyyəti gərginləşdirmək üçün ciddi şəkildə “fəaliyyətə” başlayıb.

5 apreldə Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək görüşünün keçirilməsinə sayılı saatlar qaldıqca bu təxribatyönlü fəaliyyəti daha aydın şəkildə sezmək mümkündür. Ermənistanın sərhədə canlı qüvvə və hərbi texnika cəmləməsi – əslində erməni ordusunun hansı məqsədlə kazarmadan çıxdığı getdikcə daha da aydınlaşır. Bu azmış kimi Ermənistan 1 aprel-28 iyun tarixlərində Ermənistanda ehtiyatda olanların hərbi təlimlərə çağırılması ilə bağlı qərar da verilib. Bu hərəkətliliyin 5 aprel görüşü və ondan sonrakı proseslərə hesablandığı qəti şübhə doğurmur.

Brüsseldə keçiriləcək Ermənistan-Avropa İttifaqı-ABŞ formatındakı görüşün Qərb qüvvələrinin Cənubi Qafqaza girişi üçün bir trampilin gözündə görüldüyü gün kimi aydındır. Ötən gün Naxçıvan istiqamətində mövqelərimizin atəşə tutulması da bu görüş ərəfəsində, yaxud görüşdən sonra Azərbaycanla sərhəddə baş verə biləcək eskalasiya riskinin böyüdüyünü göstərir.

İstisna edilmir ki, məhz bu cür təxribatlarla Azərbaycanı cavab tədbirlərinə vadar etməyə çalışan qarşı tərəf(lər) beləcə, Qərb qüvvələrinin Ermənistanın “təhlükəsizliyinə” cəlb edilməsi üçün əsaslı arqument hazırlamaq niyyəti güdür.

Görünür Ermənistan illuziya ölkəsi olduğunu heç cürə üzərindən atmağı bacarmır. Qərbin Ermənistana açıq dəstək verəcəyi gözlənilən 5 aprel görüşündə əsas hədəfinin Rusiya olduğunu nəzərə alsaq ortaya maraqlı məqamlar çıxır:

– Ermənistanın hələ də KTMT üzvü olaraq qalır

– Rusiya ilə ikitərəfli hərbi-siyasi müttəfiqliyə malikdir

– Ermənistan ərazisində Rusiya hərbi bazası mövcuddur

– Ermənistanın iqtisadi sisteminin ən böyük hissəsi Rusiyanın payına düşür

Bununla belə rəsmi İrəvan hər vəchlə çalışır ki, Rusiyanın orbitindən xilas olsun, Qərblə hərbi-siyasi müttəfiqliyi formalaşdırsın. Bütün bu hadisələr konteksində Ermənistan siyasi rəbərliyi Rusiyanı ittiham etməkdən də çəkinmir. Baş nazir Nikol Paşinayn ötən gün yenidən Kremli sərt ittiham edib.

O bildirib ki, Rusiya ilə münasibətlərdə Ermənistan heç bir səhv etməyib. Paşinyan eyni zamanda bildirib ki, Rusiya qarşısındakı öhdəliklərini yerinə yetiriblər. Ermənistan baş naziri Rusiyanı yalan danışmaqda ittiham edib.

Rəsmi Moskvadan cavab özünü çox gözlətməyib. XİN sözçüsü Mariya Zaxarova Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsi zamanı Moskva və KTMT-nin Ermənistana kömək etməməsi barədə deyilənləri yalan adlandırıb.

O, eyni zamanda əlavə edib ki, Ermənistanla Azərbaycan arasında yeni gərginlik İrəvanın Avropa İttifaqıİ, ABŞ və Britaniyaya regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməyə nə dərəcədə imkan verməsindən asılıdır. Bununla da Rusiya açıq şəkildə İrəvanın təxribatyönlü addımlarının arxasında Qərbin məlum dairələrinin dayandığını bəyan etmiş oldu.

Rusiyanın başının Ermənistanla söz davasına başının qarışdığı bir vaxtda Qərb Ermənistan siyasi hakimiyyətində və ictimaiyyət arasında yaranan Rusiya boşluğunu doldurmağı qarşısına məqsəd qoyub. Aydın sezmək mümkündür ki, Qərb Ermənistana regionun müstəsna dövləti kimi yanaşır və İrəvana birbaşa təhlükəsizlik təminatları verməklə indiyədək görünməmiş bir presedent yaratmaq niyyətindədir.

Bu addım eyni zamanda Qərbin Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması prosesinə müdaxiləsi kimi də qəbul edilə bilər. Təəssüflər olsun ki, Aİ və ABŞ-ın tərəflər arasındakı vasitəçilik təkliflərini qəbul edən rəsmi Bakının bu xoşniyyətli addımı adı çəkilən qüvvələr tərəfindən manipulyasiya edilməkdədir. Qərb açıq şəkildə Azərbaycanın maraqlarına tamamilə laqeyd olduğunu göstərir. Bu, eyni zamanda Brüssel və Vaşinqtonun rəsmi Bakı tərəfindən vasitəçilik imkanlarının məhdudlaşdırılması üçün çox ciddi presedentdir.

Artıq Ermənistan Naxçıvandakı təxribatla Azərbaycana və Rusiyaya növbəti atəşini açdı. Çünki baş verə biləcək istənilən eskalasiya eyni zamanda Rusiyanın Ermənistandakı mövqelərinə növbəti zərbə olacaq. Bu mənada Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozması təxribatların başlanğıcı sayıla bilər.

Nikol Paşinyan bu zamana kimi istifadə etdiyi təxribat öncəsi planlarına “sadiq” görünür. Ermənistan baş naziri bu yaxınlarda etdiyi açıqlamada “kəndləri qaytarmasaq, müharibə olacaq” tezisinin təsdiqi üçün Azərbaycanı savaşa çəkərək nə qədər haqlı olduğunu da isbat etmək sevdasında ola bilər. Erməni lider qabaqdangəlmişlik edərək planlaşdırdıqları mümkün təxribatlarının üzərini “Azərbaycanın yeni genişmiqyaslı müharibə üçün bəhanə axtardığını” deyərək örtbasdır etməyə cəhd göstərir.

Çox güman İrəvana və sərhəddə eskalasiya üzərindən bölgə ilə bağlı planlar quranlara “Ermənistana hücum edilir” görüntüsü lazımdır. Məhz bu təxribatların arxasında elə məhz bu sifariş dayanır. Amma Ermənistan hakimiyyəti anlamalıdır ki, Azərbaycanın gözünü bu cür cılız planlarla qorxutmaq mümkün olmayacaq. Azərbaycanın qərarı qətidir və baş verəcək təxribatlarla bağlı hansı addımların atılacağını Prezident İlham Əliyev çox aydın şəkildə bəyan edib.

Rəsmi İrəvanın qeyri-müəyyən addımları, eskalasiyaya meyilliliyi ardıcıl xarakter alacaqsa və Azərbaycana qarşı təxribatlar artıq milli təhlükəsizliyimizə, ərazi bütövlüyümüzə, suverenliyimizə ciddi təhdid yaratmağa başlayacaqsa, Azərbaycan minimum olaraq taktiki hədəflərə zərbə endirmək hüququndan yararlanacaq./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password