Heydər Əliyev Sarayında Belarus mədəniyyəti günlərinin açılışı olub

 

Heydər Əliyev Sarayında Azərbaycanda Belarus mədəniyyəti günlərinin açılışı və qala-konsert olub.

Açılış mərasimində Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli açıqlış nitqində qeyd edib ki, Belarus mədəniyyəti günlərinin keçirilməsi ölkələr arasında dostluğun və mədəni mübadilənin sübutudur.

“Qeyd etmək istərdim ki, bu gün toplaşdığımız Heydər Əliyev Sarayı sadəcə rəmzi yer deyil, həm də Azərbaycan ilə Belarus arasında dostluq əlaqələrinin qurulmasında mühüm rol oynamış Ulu Öndərə dərin ehtiramımızın təzahürüdür. Ölkələrimiz arasında sıx əməkdaşlıq və güclü qarşılıqlı dəstək əlaqələri formalaşıb. Ölkələr arasında mədəni əlaqələrin dərinləşdirilməsi istiqamətində mühüm addımlar atılıb”, – o deyib.

Nazir əlavə edib ki, hər iki ölkə mədəni əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir: “Hesab edirik ki, bu istiqamətdə birgə səylər gələcəkdə də inkişaf etdirilməlidir. Mədəniyyət günləri və digər birgə layihələrin keçirilməsi böyük əhəmiyyət kəsb edir, çünki onlar xalqlarımıza bir-birimizin mədəni dəyərlərini daha yaxşı anlamaq üçün imkan yaradır”.

Belarusun mədəniyyət naziri Anatoli Markeviç isə öz növbəsində Belarus-Azərbaycan mədəni əməkdaşlığının dərin ənənələrə söykəndiyini bildirib: “Biz əldə olunan səviyyəni yüksək qiymətləndiririk və çox gözəl başa düşürük ki, qarşıda hələ çox uzun yol var. Bu yol ölkələrimizin sakinlərinin marağına səbəb olacaq çox mühüm, irimiqyaslı birgə mədəni layihələrin həyata keçirilməsinə gətirib çıxaracaq. Mədəniyyət sahəsinin xalqlarımız arasında dostluğun möhkəmlənməsinə ciddi təsir göstərməsi çox xoşdur”.

Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password