“Conson nəhayət, razılıq verib…” – ABŞ-nin 60 milyardlıq yardımı Ukraynaya hansı üstünlüyü verəcək?

 

“Altı aylıq mübarizədən sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının Tramp tərəfdarı olan spikeri Mayk Conson nəhayət ki, geri çəkilib və o, Ukraynaya yardımı da ehtiva edən qanun layihəsini səsverməyə çıxarmağa hazırdır”.

“Forbes” nəşrinin Ukraynaya yardım mövzusunda dərc edilən yeni yazısında belə deyilir.

Nəşr qeyd edir ki, söhbət Ukraynaya yardım üçün 60 milyard dolların ayrılmasından gedir və bunun da 34 milyard dolları silaha aiddir.

Qalan vəsaitin Ukrayna hərbçilərinin təliminə, eləcə də humanitar və digər qeyri-hərbi yardımlara xərclənməsi planlaşdırılır: “Ukraynanın 34 milyard dollara nə qədər silah ala biləcəyi barədə fikir əldə etmək üçün nəzərə alın ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin ilk 23 ayında ABŞ Ukraynaya cəmi 45 milyard dollarlıq silah verib. Bu yardım Ukraynaya bir il və ya daha çox müddətdə özünü əldə saxlamağa imkan verəcək”.

“Forbes” yazır ki, bu pulun böyük hissəsi radarlar, elektron müharibə avadanlığı, PUA-lar, qayıqlar, zirehli maşınlar və mühəndis avadanlıqlarının alınmasına sərf oluna bilər. Lakin artilleriya və hava hücumundan müdafiə sistemləri üçün sursatlara xüsusi diqqət yetiriləcək. Çünki hazırda Ukraynanın ən çox ehtiyacı olan şeylər bunlardır.

Artilleriya mərmilərinə gəlincə, “Forbes”-in məlumatına görə, Ukrayna təkcə ABŞ-dən ən azı bir milyon 155 mm-lik mərmi ala bilər. Texas və Pensilvaniya ştatlarında artilleriya mərmisi istehsalı üzrə iri fabriklər indi ayda 60 minə qədər döyüş sursatı istehsal edə bilir, maliyyə ayrılsa, bu say 100 minə qədər arta bilər: “Ayda bu 60-100 min mərminin böyük hissəsinin Ukraynaya çatmaması üçün heç bir səbəb yoxdur. Bu sursat axınına Avropa İttifaqının yaxın həftələrdə və aylarda Ukraynaya təhvil verəcəyi yüz minlərlə mərmi əlavə ediləcək. Daha bir milyon mərmi Çexiyanın rəhbərlik etdiyi konsorsium tərəfindən bağışlanacaq”.

Yazıda qeyd olunur ki, bütün bunların sayəsində Ukrayna istifadə olunan mərmilərin sayına görə Rusiya Federasiyası ilə eyniləşə bilər. Mütəxəssislər onu da bildirirlər ki, Qərb istehsallı mərmilərin dəqiqlikdə üstün olduğu nəzərə alınsa, son bir ildə ilk dəfə Ukrayna cəbhədə artilleriya üstünlüyünə sahib olacaq.

Xatırladaq ki, ötən gün ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Pasxa bayramından sonra Ukraynaya yardımın maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini səsverməyə çıxarmağa söz verib. Nümayəndələr Palatasının ilk iş günü aprelin 9-dur.

Nyu-Yorkdan olan Respublikaçı Mayk Lovlerin sözlərinə görə, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya maliyyə yardımına səs verəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password