Türkiyə, ABŞ, Britaniya… – Azərbaycan ən böyük yatırımları bu ölkələrə qoyub

 

“2022-ci illə müqayisədə ötən il Azərbaycandan xarici ölkələrə yatırılan vəsaitin həcmi kəskin artıb. Əgər 2022-ci ildə Azərbaycandan digər ölkələrin iqtisadiyyatına 1,1 milyard dollar yatırılmışdısa, 2023-cü ildə bu rəqəm 2 milyard dollar artaraq 3,1 milyard dollara çatıb”.

Bu barədə Mərkəzi Bankın ötən il Azərbaycanın tədiyyə balansına dair açıqladığı göstəricilərdə bildirilir. Burada Azərbaycana yatırımlar, eləcə də Azərbaycanın xarici ölkələrə yatırdığı vəsaitlərlə bağlı rəqəmlər də yer alıb.

Ötən il Azərbaycandan xarici ölkələrə yönəldilən investisiyaların 58 faizi tək Türkiyənin payına düşüb. Təkcə 2023-cü ildə Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi 2022-ci ildə Azərbaycandan bütün ölkələrə yatırılan investisiyaların həcmindən təxminən 50 faiz çoxdur.

Azərbaycanın Türkiyədəki ən böyük yatırımı “Star” Neft Emalı Zavodudur. Türkiyədə emal olunan neft məhsulları istehsalının təxminən 25 faizi məhz bu zavodun payına düşür. Müəssisədə ilboyu 5 milyon ton dizel yanacağı istehsal edilir. Bu da Türkiyənin eyni növ məhsul idxalını 40 faiz, mayeləşdirilmiş qaz idxalını isə 70 faiz azaldıb. Açıqlanan rəqəmlərdən aydın olur ki, indiyədək SOCAR-ın Türkiyəyə yatırdığı toplam vəsait 18 milyard dollardır. Başqa deyimlə, Azərbaycanın indiyədək Türkiyəyə yatırdığı investisiyaların böyük hissəsi SOCAR-ın payına düşür.

Azərbaycandan xarici iqtisadiyyatlara yönəldilən yatırımların həcminə görə ötən illə müqayisədə ilk üçlükdəki digər iki ölkənin də adı dəyişib. 2023-cü ildə Azərbaycandan xaricə yatırılan investisiyaların həcminə görə ikinci yeri ABŞ tutub. Ötən il Azərbaycandan ABŞ-a yönəldilən yatırımların həcmi 312 milyon dollar olub. Bu, 2022-ci illə müqayisədə dörd dəfə artım deməkdir.

2023-cü ildə Azərbaycandan ən çox vəsaitin yönəldildiyi üçüncü ölkə Birləşmiş Krallıq olub. Bu ölkəyə yatırılan investisiyaların həcmi təxminən 90 milyon dollar artaraq 157 milyon dollara çatıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password