Ermənistandan iddia: Yaxın günlərdə Britaniya, Almaniya, Fransa, ABŞ…

 

Aprelin 5-də Brüsseldə (Belçika) Avropa Sülh Fondu vasitəsilə Ermənistana müəyyən silahların verilməsi məsələsi müzakirə olunacaq.

Bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

Nəşr görüşdən əvvəl İrəvandan verilən mesajlara diqqət çəkib:

“Parlamentin sədri Alen Simonyan dünən jurnalistlərə bildirib ki, indiki mərhələdə Avropa Birliyinə (AB) üzvlük üçün müraciətin edilməsi müzakirə olunmur. Simonyan bunu Türkiyə və Gürcüstan kimi ölkələrin illərdir həmin ərizənin AB tərəfindən təsdiqini gözləməsi ilə əsaslandırıb.

Bir neçə gün əvvəl Avropa Parlamenti AB-nin icra orqanlarını Ermənistanın üzvlük müraciətinə baxmağa çağıran qətnamə qəbul edib. Bundan sonra Paşinyan hökumətin iclasında geniş ictimai müzakirəyə çağırıb. Qərb mətbuatı, ekspertləri və Ermənistan hakimiyyətinə yaxın KİV-lərdə AB-yə üzvlük üçün ərizə vermək istəyi qırmızı xətlə keçir.

Nə Alen Simonyan, nə də hökumətin digər nümayəndələri ən azı indiki məqamda hakimiyyətin niyə geri addım atmasının səbəbini izah etmirlər, xüsusən aprelin 5-də Brüsseldə baş tutacaq ciddi görüşdən əvvəl…

Brüsseldəki toplantıda təkcə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, ABŞ dövlət katibi Entoni Blinken yox, məlumata görə, Fransa və Böyük Britaniyadan nazirlər də qatılacaq. Almaniya xarici işlər naziri Annalena Berbokun iştirakı da istisna olunmur. Avropa mənbələrinin məlumatına görə, görüşdə Avropa Sülh Fondu vasitəsilə Ermənistana müəyyən silahların verilməsi məsələsi müzakirə olunacaq”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password